Icma.az
close
up
RU
Zaqatalada yenidən SEL HƏYƏCANI 100 ə yaxın ev TƏHLÜKƏ ilə ÜZ ÜZƏ FOTO

Zaqatalada yenidən SEL HƏYƏCANI 100 ə yaxın ev TƏHLÜKƏ ilə ÜZ ÜZƏ FOTO

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Zaqatalada güclü yağışlar nəticəsində Tala çayından keçən sel 35 metr uzunluqdakı bəndi qəzalı vəziyyətə salıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həmin bəndin bu ilin yaz-yay aylarında dağılması, üçma təhlükəsi ilə üz-üzə qalması haqda xüsusi reportaj hazırlamışdıq. Bəri başdan xatırladaq ki, bənd dağılan hissədən100-ə yaxın evi hər an təhlükə gözləyir.
Son günlərdə Zaqatala rayonunda, xüsusilə Böyük Qafqaz dağlarında yağan leysan xarakterli yağış çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.
Rayon mərkəzindən keçən gur sulu Talaçayında da suyun səviyyəsi artaraq mühafizə bəndinin aşmasına səbəb olub.

Şəhər sakini Fikrət Bayramov saytımıza bildirib ki, güclü sel beton bəndə elə sürətlə çırpılıb ki, onun arxasındakı elektrik dirəyini belə yerindən oynadıb, qısaqapanma əmələ gəlib.
Sakinlər gecələr. əsasən də yağışlı günlərdə səksəkədə olduqlarını, hər an sel gəlib onların evlərini basa biləcəyi qorxusu ilə yaşayır.
Şəhər sakini Ramiz Hacıyev isə deyir ki, evləri bənd dağılan hissədən cəmi bir neçə metr aralıda yerləşir. Çaya yenidən çox sel-sular gələrsə ilk növbədə onların evini basacaq:

“60-cı illərdə salınan bu bənd, istismar müddətini başa vurub. Çoxdan çatlamışdı, çayın səthi bəndin fundamentindən aşağı düşmüşdü. Hər dəfə sel gələndə qorxu altında yaşayırıq. Bu dəfə gələn sel bəndi aşırdı. Sağ olsun aidiyyəti qurumlar gəldi suyun yönünü dəyişdilər, müvəqqəti təhlükədən bizi qutardılar. Amma təhlükə qalır. Bura tezliklə bənd vurulmasa çətin olacaq”.   
Bu ilin yaz aylarında olduğu kimi payızında da Zaqatalanın dağ çaylarına çox miqdarda sel-sular gəldiyini, görülən tədbirlərə baxmayaraq torpaq, qum-çınqıl bəndləri yuyub apardığını bildirən Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev iki dəfə çayın məcrasını dəyişdiklərini lakin güclü sel nəticəsində bəndlərin dağıldığını bildirib: 

“Bu bəndin 300 metr hissəsi deformasiyaya uğrayib. 35 metr hissəsi isə tamamən aşıb. Nəticədə ərazidə dərin çuxur yaranıb, torpaq aşınmaya uğrayıb və yaxınlıqda olan evlər təhlükə altında qalıb.  Bəndin aşması nəticəsində, həmçinin ərazidə olan elektrik dirəkləri də də aşıb. Elektrik naqilləri zədələnib. Lakin elektrikin verilməsi dərhal bərpa olunub”. 
Baş mühəndis yaranmış vəziyyəti yuxarı orqanlara çatdırdıqlarını deyib.  
Qeyd olunub ki, əraziyə baxış keçirən aidiyyəti orqanlar tərəfindən sahil bərkitmə işləri görülüb, suyun məcrası dəyișdirilərək təhlükənin qarşısı nisbətən alınıb. Ancaq vətəndaşlar bildirir ki, ərazidə dərhal mühafizə bəndlərinin tikilməsi vacibdir. Əks halda bir çox ev təhlükə ilə üz-üzə qalacaq.
Ceyhun Mirzəyev onu da əlavə edib ki, il sonuna kimi ərazidə yeni beton bəndin tikilməsi planlaşdırılır. 




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri