Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayon mərkəzinə bitişik Qazangül qəsəbəsi ərazisində bir neçə gün əvvəl gecə saatlarında ayı balasının küçədə qaldığı yerli sakinlər tərəfindən telefon vasitəsi ilə çəkilib.
Sakinlərin sözlərinə görə, ayı balası dağlıq-meşəlik əraziyə qaçaraq gözdən itib.
Qazangül qəsəbə sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata əsasən, sentyabr ayının birinci ongünlüyündə Qazangül qəsəbəsinin inzibati ərazisində qəsəbə sakinlərindən birinə məxsus bağda da iri ayı görünüb.
Qeyd edək ki, Qazangül qəsəbəsi Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Qəsəbənin şimal-qərb hissəsi dağlıqq-meşəlik ərazidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 20 Sentyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















