Zarafata görə həmkəndlisini öldürən şəxsə AĞIR CƏZA VERİLDİ
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməkdə, xuliqanlıqda və qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Şəhriyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Müttəhim 17 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü il aprelin 7-də saat 23 radələrində Yevlax rayonunun Əkşəm kəndi ərazisində yerləşən kafedə qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Şəhriyar Bayramlı aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürüb.
Hadisədən sonra Şəhriyar Bayramlı könüllü təslim olub və Yevlax Rayon Prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Məlumata görə, hər iki şəxs sərxoş vəziyyətdə olub. Həmkəndlilər arasında şəxsiyyətə toxunan zarafata görə başlayan mübahisə qətllə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 09 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















