Icma.az
close
up
RU
Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bu gün “Araz-Naxçıvan”da keçirilən klubdaxili iclasda mövsümün ilk yarısında qeydə alınan nəticələr müzakirə olunub və Elmar Baxşıyevin baş məşqçi postunda qalması məqsədəuyğun sayılmayıb. Demək olar ki, onun istefası 95 faiz həll olunmuş məsələdi, hətta “qırmızı-ağlar”ın yeni baş məşqçisi, ukraynalı Andrey Demçenkonun artıq Bakıya gəldiyini iddia edən qaynaqlar da var. Demçenko ilə işim yoxdu, məni düşündürən başqa məqamdı.
“Araz-Naxçıvan” Konfrans Liqasında fiasko yaşayandan sonra Elmar bəy istefaya göndərilsəydi, hardasa anlamaq olardı. Yəni klubun ekstravaqant rəhbəri Zaur Axundov “Omoniya”nın iki oyunda naxçıvanlıların qapısından 9 top keçirməsini bağışlamayıb-filan-filan... Amma indi vəziyyət fərqlidi axı.
Premyer-liqada iki komanda – “Sabah”la “Qarabağ” başqalarından açıq-aşkar üstündü. Yayda avrokuboklara 4 vəsiqədən ikisinin məhz onlara qismət olacağına şübhə etməyə dəyməz. Qalan iki vəsiqə uğrunda isə 4 (“Neftçi”ni də saysaq, 5) komanda – “Zirə”, “Turan Tovuz”, “Sumqayıt” və “Araz-Naxçıvan” mübarizə aparır. Bəli, “qırmızı-ağlar” bu mübarizədə bir addım geridədi, mən onların ölkə kubokunda dayanmasını nəzərdə tuturam. Amma başqa məsələlərdə “Araz-Naxçıvan” əsas rəqiblərindən geri qalmır. Hə, bir ciddi məqam da var: “Zirə”, “Turan Tovuz” və “Sumqayıt” ən azı ev oyunlarını minlərlə azarkeş önündə keçirirsə, “Araz-Naxçıvan” qaçqın həyatı yaşayır və boş tribunalar önündə oynayır. Əli hər yerə çatan Zaur Axundov isə bu problemi həll etmək əvəzinə çıxış yolunu Baxşıyevi istefaya göndərməkdə görür. Bunun adı insafsızlıq, ədalətsizlik və Allahsızlıqdı!
“Araz-Naxçıvan” bu gün 3-cü pillədəki “Zirə”dən iki, 4-5-ci pillələrdəki “Turan Tovuz”la “Sumqayıt”dan bir xal geri qalır, “Şamaxı” ilə “Neftçi”dən isə 6 xal irəlidədi. Bəli, qeyri-sabit nəticələr dönəmi olur, amma Elmar Baxşıyevin komandasının baxımlı oyun göstərmədiyini yalnız axmaqlar iddia edə bilər. “Qırmızı-ağlar” bu mənada da premyer-liqanın əksər iştirakçılarından üstündü.
Bir sözlə, Zaur Axundov bu gün düşünülməmiş və heç nə ilə əsaslandırılmayan qərar verdi. Hətta deyərdim ki, “Araz-Naxçıvan”ın avrokubok şansını bitirdi. Heç bir ədalətsizlik cavabsız qalmır. Baxşıyev bu gün ədalətsiz münasibətlə üzləşdi. Amma onun ölkə futbolunda sözünü demək üçün hələ çoxlu imkanı olacaq.
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Dekabr 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri