Icma.az
close
up
RU
Ortada Sabah nümunəsi var Arif Əsədov Araz Naxçıvan ın şansını dəyərləndirdi

Ortada Sabah nümunəsi var Arif Əsədov Araz Naxçıvan ın şansını dəyərləndirdi

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Aris"i evdə 2:1 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" Moldova təmsilçisi ilə iyulun 31-də cavab matçına çıxacaq. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb həm "Dalğa Arena"da reallaşan görüşü dəyərləndirməsini, həm də cavab oyunundakı şanslar barədə fikirlərini bildirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Təbii ki, oyunöncəsi favorit "Aris" göstərilirdi. Həm klub olaraq təcrübəsi, həm maddi durumu, həm oyunçularının daha keyfiyyətli və bahalı olması baxımından Yunanıstan təmsilçisinin şansları yüksək qiymətləndirilirdi. Amma "Araz-Naxçıvan" proqnozları yanıltdı və özünü yaxşı tərəfdən göstərərək layiqli qələbə qazanmağı bacardı. Təmsilçimizin simasında meydanda əzmkar, xarakterli bir komanda gördük. Oyunun gedişində hesabda geri düşsələr də, rəqibdən çəkinməyərək cəzarətlə irəli atıldı və qısa zaman kəsiyində 2 qol vuraraq nəticəni xeyrinə dəyişdi. Hər şeydən əvvəl bu qələbə Azərbaycana reytinq xalları qazandırdı. Buna görə "Araz-Naxçıvan"ı təbrik edirəm və cavab görüşündə də üstünlüyünü qorumasını arzu edirəm.
"Araz-Naxçıvan" bu uğuru həm klub, həm komanda olaraq qazandı. Göründü ki, rəhbərlik heyətə vaxtında keyfiyyətli oyunçular cəlb edib. Üstəlik, ötən mövsümkü heyətin özəyi qorunub saxlanılıb ki, belədə irəliləyiş hiss olunur. Bir sözlə, "Araz-Naxçıvan"da komanda ilə rəhbərlik arasında vəhdət kənardan aydın hiss olunur. Avrokuboka yumruq kimi birləşərək hazırlaşıblar.
O ki qaldı cavab görüşünə, "Araz-Naxçıvan"ın evdə əldə etdiyi üstünlüyü var. Amma səfərdə daha çətin olacaq. Meydan amili başlıca maneə ola bilər. Yerli azarkeşlər tərəfindən böyük təzyiq olacaq. Bu baxımdan şanslar bərabərdir. Lazımdır ki, "Araz-Naxçıvan" həm rəqibin gözlənilən aqressiv oyununa, həm tərəfdarların basqısına tab gətirsin, təzyiqi sakit, soyuqqanlı oyunu ilə neytrallaşdırsın. İnanıram ki, "Araz-Naxçıvan"da olan təcrübəli futbolçular belə situasiyada oynamağa öyrəşiblər və bu təzyiqdən də çıxmağı bacaracaqlar. Əslində, ortada "Sabah" nümunəsi var. Necə ki, "Sele"yə evdə uduzsalar da, gedib Sloveniyada əsas vaxtda qələbə qazanmağı bacardılar. Uğurlar arzulayaq və inanaq ki, "Araz-Naxçıvan" ikinci oyunda da sərfəli nəticə əldə edəcək". 

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://fanat.az
archiveBu xəbər 28 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri