Zaur Axundov həbs oluna bilər Daha bir məşhur adamın adı siqaret qaçaqmalçılığında hallanır
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
Bakupost.az xəbər verir ki, bu işlə bağlı yüksək ranqlı vəzifəli şəxsləri yaxın adamlarının həbsi cəmiyyətdə sesnsasiya yaradıb. Həbs olunan şəxslərlə yanaşı, cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

İddiada adıçəkilən “Səmayə Co”, “Səmayə Logistic” şirkəti “Araz Naxçıvan” futbol klubunun və Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundova məxsusdur. Bu cinayət araşdırmasının davam olaraq, Zaur Axundovun həbs olunmaq ehtimalı var.
“Səmayə CO LTD” MMC-nin saytında qeyd olunur ki, şirkət hazırda Bakı Dəniz Limanı ərazisində 170 metr uzunluğunda üçşaxəli gəmilərin yanalma körpüsünün inşasını aparır. Şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük və digər təyinatlı gəmilər var. Şirkət bundan başqa yeni tanker, quru yük və RO-RO tipli gəmilərin almağa çalışır.
Şirkətin Bakı limanındakı 8 hektarlıq ərazisində iki mərtəbəli lazımı avadanlıqla təchiz olunan inzibati binası, 5800 kv.metr sahəsi olan qapalı anbarı, 3 hektar ərazisi olan açıq konteyner meydançası, mühafizə sistemləri, müasir maşın mexanizmlər, iri tutumlu yanacaq saxlamaq üçün çənlər var.
Limana 2014-cü ildən Azərbaycan Respublikası Dəniz Administrasiyası tərəfindən rəsmi qeydiyyatdan keçərək, “Səmayə CO LTD” MMC-nin “Buta Limanı” kimi qeydiyyata düşüb və rəsmi sertfikat alıb.
Qeyd edək ki, “Səmayə Logistic” şirkəti Zaur Axundovun prezidenti olduğu “Araz Naxçıvan” klubunun əsas sponsorudur. Klubun formasındakı şirkətin loqosu bunu sübut edir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Dekabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















