Icma.az
close
up
RU
“Bunlar cəfəngiyyatdır, uşaq söhbətidir” Zaur Axundov

“Bunlar cəfəngiyyatdır, uşaq söhbətidir” Zaur Axundov

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Elxan Məmmədov mənim dostumdur. Biz futboldan qabaq bir-birimizi tanımışıq. Amma Elxan Məmmədov mənə desin 1 xal verin, elə edin, belə edin - bunlar cəfəngiyyatdır, uşaq söhbətidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Futbolxeber.az-a açıqlamasında Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib. 

O, Naxçıvanı təmsil edən “Araz-Naxçıvan”ın Premyer Liqanın 32-ci turunda “Səbail”ə qəsdən 1 xal verməsi ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib: “Oyundan sonra paltardəyişmə otağında komandaya iradımı bildirdim. Futbolçuları da başa düşürəm, gücləri çatmadı. 45-ci, hətta deyərdim 35-ci dəqiqədən sonra “Araz-Naxçıvan” dayandı. Bu cür söhbətlər kiməsə də yapışsa, mənə yapışmaz. Heç kim mənə o göstərişi verə bilməz. Axırda uduza da bilərdik. “Səbail” çox gözəl futbol oynadı. Onlar üçün də çox vacib matç idi. “Araz-Naxçıvan” arxaya çəkiləndə yanımda əyləşənlərə dedim ki, “biz buradan heç-heçə ilə getsək, böyük şeydir”.

“AFFA-nın son Konfransında belə fikirlər səsləndi ki, Azərbaycan Premyer Liqasında da danışılmış oyunlarla bağlı şübhələr var. “Araz-Naxçıvan”ın futbolçularından şübhələnməmisiniz” sualına belə cavab verib: “Yox. O vaxt “İnter”in məsələsi yəqin yadınızdadır. O məsələni mən açdım. Ukraynadan, Gürcüstandan pul vurulmuşdu. Öz klubumun içində bu işi açdım. Halbuki şəxsi münasibətim olan futbolçular idi. Mən olan yerdə elə şey ola bilməz. Üstəlik, komanda nəzarətdədir, bunun üçün öz metodlarım var. Bunu nə məşqçilər bilir, nə administrativ heyət. Mən olan yerdə bu cür şeylər qeyri-mümkündür. 10 faiz şübhəm olsa belə, həmin o futbolçu meydana çıxa bilməz. Bu mövsüm “Şamaxı”nın adı hallandı. Adil Nağıyevə simpatiyam olub, kim aldadıb onu yoldan çıxardı... İstənilən halda belə şeylər bağışlanmazdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri