Icma.az
close
up
RU
Zaur Əliyevin tarixi məqaləsi dünya gündəmində FOTO

Zaur Əliyevin tarixi məqaləsi dünya gündəmində FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı alimin nüfuzlu beynəlxalq jurnalda İrəvanın Ermənistana güzəşti və 1918-ci ilin siyasi-hüquqi proseslərlə bağlı elmi məqaləsi dərc edildi.

Avtosfer.az xəbər verir ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Kuba Respublikasının “XXX Aniversario de la Universidad de Cienfuegos “Carlos Rafael Rodríguez” Universitetinin nəzdində olan, beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan “Web of Science” qeydiyyatda olan “La Revista “Universidad y Sociedad”” jurnalında “Azərbaycan Cümhuriyyətinin yaradılması və İrəvanın Ermənistan Respublikasına güzəşti (1918-ci ilin siyasi-hüquqi prosesləri)” başlıqlı elmi məqaləsi dərc edilib.

Müəllif məqalədə elmi faktlar, əlyazma, arxiv sənədləri və mötəbər müəlliflərə istinad edərək İrəvan şəhərinin tarixən ermənilərə heç bir aidiyyatı olmadığnı sübut etməklə yanaşı 1918-ci ildə baş verən siyasi-hüquqi prosesləri təhlil edib.

Məqalədə istinadlar və mənbələrə göstəririlir ki, İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə “erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”.

Müəllif beynəlxalq hüququn mövcud normalarına istinad edərək faktlarla isbat edib ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma öz əksini tapmayıb:

“İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri elə özləri pozub”.

Zaur Əliyev hüquq və siyasi razılaşmalar ilə bağlı beynəlxalq təcrübəni əsas götürərək İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqavilələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdiyini elmi əsaslarla izahını verib.

Alim sonda qeyd edib ki, dünya Ermənistanın ərazisini tanıyıb. Amma dünya həqiqətləri də bilməlidir. Belə münasibət bizə qarşı da formalaşmalıdır. Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi.

Qeyd edək ki, Zaur Əliyevin "Zəngəzur dəhlizi”, “İrəvan şəhərinin hüququ statusu”, “31 mart soyqırımı”, “Uydurma erməni soyqırımı” və digər başlıqlı məqalələri də  beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan “Web of Science”  və “Scopus”-da qeydiyyatda olan jurnallarda dərc edilib və müəllifin bu mövzularda kitabları var.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri