Zaur Əliyevin kadrı da agentlikdən getdi
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, departamentin rəhbəri Ruslan Abdullayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub. Onun dövlət qurumlarının birində vəzifəyə təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Ruslan Abdullayev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışan Zaur Əliyevin kadrı sayılırdı. İllər əvvəl Zaur Əliyevin müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi.
Xatıradaq ki, Prezident İlham Əliyevin martın 19-da müvafiq fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılacaq.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















