Icma.az
close
up
RU
Zaur Həşimov: “Bu nəticələrlə barışmırıq”

Zaur Həşimov: “Bu nəticələrlə barışmırıq”

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının V turunda evdə "Sabah"a 0:3 hesabı ilə uduzan "Şəfa"nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında fikirlərini bölüşdü:

– Birinci hissədə 26-cı dəqiqədə qol buraxana qədər göstərdiyimiz oyundan ümumən razı idim. Topa daha çox nəzarət edir, hücumlara çıxırdıq. Əlbəttə ki, rəqibin səviyyəsini də nəzərə almalıyıq. Bu gün çox yaxşı, cəmi 3–4 gün öncə Mançesterdə matç keçirmiş və əla komplektləşmiş komandaya rəqib olduq. Onlara qarşı layiqli mübarizə apardıq. Sadəcə, buraxdığımız qollar bizi məyus edir. Artıq neçənci matçdır ki, kiçik detallardan və öz səhvlərimizdən qapımızda qol görürük. Bununla belə, komandamın oyunundan narazı qalmadım, əksinə, müsbət təəssürat yaratdı. "Şəfa" öz oyunu ilə bu çempionata rəng qata bilər və gələcəkdə daha yaxşı futbol nümayiş etdirəcəyik.

– "Şəfa" ilk 5 turda ən çox qol buraxan və ən az qol vuran iki komandadan biridir. Baş məşqçi kimi bu göstəricilər sizi narahat edirmi?

– Əlbəttə, narahat edir. Lakin nəzərə almaq lazımdır ki, daha çox qol buraxdığımız matçlar çempionluq uğrunda mübarizə aparan komandalara qarşı olub. Bu nəticələrlə barışmırıq və lazımi tədbirləri görəcəyik. Ən az qol vuranlar sırasında olmağımıza gəlincə, 5 turdakı rəqiblərimizin səviyyəsinə baxmaq lazımdır. Bizə turnir cədvəli baxımından ən çox təsir edən məğlubiyyət 3-cü turda "İmişli"yə qarşı oldu. Bu gün isə əsas hücumçumuz heyətdə yox idi. Fikrimcə, gələcək oyunlarda bu problemlərin öhdəsindən gələcəyik.

– Qapıçı Nicat Mehbalıyev həm "Neftçi", həm də "Sabah"la matçlarda oyunun qırılma anlarında səhvlərə yol verdi. Onunla fərdi söhbət aparılacaq, yəni ehtiyat skamyaya göndərilmə ehtimalı var?

– Əvvəl də qeyd etdiyim kimi, məhz detal səhvləri komandaya böyük zərbə vurdu və oyunun qırılma nöqtələri oldu. Nicat bizim futbolçumuzdur, lakin o da anlayır ki, komandada digər qapıçılarımız da var və heyətdə rəqabət mövcuddur. Hər hansı addım atsaq, bu, Nicatı cəzalandırmaq üçün yox, sırf onun inkişafına təkan vermək üçün olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Sentyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see393

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see382

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see296

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see288

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see282

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see277

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see263

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see259

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see258

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see255

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see251

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see244

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see242

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see231

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see230

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see225

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see215

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see207

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see204

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri