Icma.az
close
up
RU
Zaur Məmmədov: Vilayətinin bəyanatı siyasi manipulyasiyadır

Zaur Məmmədov: Vilayətinin bəyanatı siyasi manipulyasiyadır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

 “Zəngəzur dəhlizi İranla düşmənçilik deyil, ortaq iqtisadi gələcəyə açıq qapıdır”

Cənubi Qafqaz regionunda son illərdə baş verən geosiyasi proseslər, xüsusilə də postmünaqişə dövründə yaranan yeni regional əməkdaşlıq imkanları bölgədə sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu dəyişən geosiyasi mənzərədə konstruktiv yanaşması, suverenliyə hörmət prinsipi və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə ön plana çıxır. 

Regionda nəqliyyat və kommunikasiya xətlərinin bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması təşəbbüsü Azərbaycanın milli maraqlarına, region ölkələrinin rifahına və daha geniş anlamda Avrasiya əməkdaşlığına xidmət edir.

Lakin bəzi dairələrin bu layihələrə geosiyasi rəqabət prizmasından yanaşması, yanlış şərhlərlə regional əməkdaşlıq səylərini təhdid kimi təqdim etməsi təəssüf doğurur. İran İslam Respublikasının bəzi rəsmilərinin səsləndirdiyi fikirlər, xüsusilə də Zəngəzur dəhlizinin region ölkələrinin suverenliyinə qarşı yönəlməsi kimi reallığı əks etdirməyən iddiaları Azərbaycanın sülhə yönəlmiş siyasətinə zidd mövqe kimi qiymətləndirilir. Rəsmi Bakı regionun bütün dövlətlərinin maraqlarına hörmətlə yanaşaraq, nəqliyyat layihələrinin siyasi məqsədlərlə deyil, iqtisadi inkişaf və regional inteqrasiya üçün nəzərdə tutulduğunu dəfələrlə bəyan edib.

Qeyd edək ki, İranın Ali Rəhbərinin rəsmi saytına müsahibəsində liderin siyasi məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinin açılmasının qarşısının məhz İran tərəfindən alındığı barədə fikir söyləyib. İslamdan sonra İranın heç vaxt bu qədər qüdrətli, müstəqil və nüfuzlu olmadığını vurğulayan Vilayəti qeyd edib ki, bu gücün göstəricilərindən biri də İranın Cənubi Qafqazdakı böhrana kəskin və qətiyyətli reaksiyası olub: “Bəzi dövlətlərin "Zəngəzur dəhlizi" adı altında Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında əlaqə yaratmaq istədiyi bir vaxtda əsl məqsədi İranla bu böyük əlaqələri kəsmək olan bir layihə idi. Sayıqlıq və güc nümayiş etdirərək bu hiylənin qarşısını aldı. ABŞ Prezidenti Con Baydenin etiraf etdiyi kimi, bu dəhlizin istismarı üçün hər şey hazır idi, lakin İran buna imkan vermədi. Bu, onu göstərir ki, İran Rusiyasız da öz müdrik siyasəti ilə Qafqazın təhlükəsizliyini qoruyub saxlaya bilib, NATO-nun regiona nüfuz etməsinə mane olub”.


Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov isə hesab edir ki, Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər birtərəfli, reallıqdan uzaq və siyasi manipulyasiya nümunəsidir. Politoloq “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu bəyanat daha çox İranın daxili auditoriyasına hesablanmış ritorika olmaqla yanaşı, regiondakı geosiyasi prosesləri təhrif etmək məqsədi daşıyır: 

“Əvvəla, Zəngəzur dəhlizi İrana qarşı deyil. Bu səbəbdən Vilayətinin "Zəngəzur dəhlizi İranla əlaqələri kəsmək üçün planlaşdırılıb" iddiası tamamilə əsassızdır. Zəngəzur dəhlizi ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini bərpa etmək məqsədi daşıyır. Bu, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında açıq şəkildə qeyd olunub və Ermənistanın özü bu razılaşmaya imza atıb.

Əgər bu layihə İrana qarşı idisə, onda bu bəyannamənin tərəfi olan Rusiya və Ermənistan niyə razılıq verdi? Əslində, dəhlizin reallaşması İran üçün də iqtisadi imkanlar açacaq, çünki regiondakı kommunikasiya sistemlərinin inkişafı Tehran üçün yeni ticarət yolları və tranzit imkanları deməkdir. Vilayəti "NATO-nun regiona nüfuz etməsi" kimi təhlükə yaratmağa çalışır, halbuki Zəngəzur dəhlizi layihəsi NATO deyil, regional ölkələr – Azərbaycan, Türkiyə və Rusiya tərəfindən müzakirə olunur. İranın bu layihəyə qarşı çıxışı, əslində, özünün iqtisadi və geosiyasi marjinalizasiya qorxusundan qaynaqlanır.

Əgər İran doğrudan da Zəngəzurda NATO-nun qarşısını alıbsa, o zaman 2023-cü ildə Ermənistan-Aİ razılığına əsasən faktiki olaraq NATO ölkələrini təmsil edən dövlətlərin nümayəndələrinin Qərbi Zəngəzurda keşik çəkmələrini və  Ermənistan-Aİ-ABŞ arasında 2024-cü ilin baharında imzalanan anlaşmanı necə başa düşmək olar? Məgər Paşinyanın əli ilə Qərb regionda hərbi imkanlarını genişləndirmirmi?”.


Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətinə toxunan Z.Məmmədov bildirib ki, bu dəhliz pan-türk nəqliyyat dəhlizinin əsas halqalarından biridir və Çindən Avropaya qədər uzanan Orta Dəhliz üçün  əhəmiyyət daşıyır: 

“Bu dəhliz açıldıqda Azərbaycan, Türkiyə, Orta Asiya ölkələri və Çin üçün əldə edilən nəqliyyat xərcləri azalacaq. Həm də ki, Zəngəzur dəhlizi yalnız geosiyasi deyil, iqtisadi baxımdan da olduqca rentabellidir. Vaxt və məsafə baxımından daha qısa nəqliyyat marşrutu təklif edir. Azərbaycan və Türkiyənin enerji və logistika layihələri ilə sinxronlaşır (TANAP, BTQ dəmir yolu və s.).

Çin-Orta Asiya-Türkiyə-Avropa marşrutu üzərində yerləşməklə Böyük İpək Yolunun qollarından biri ola bilər. Bu layihə yalnız regional ölkələr üçün deyil, qlobal iqtisadi sistem üçün də strateji əhəmiyyət daşıyır. Bir sözlə, Zəngəzur dəhlizi nə İrana qarşı yönəlib, nə də onun milli təhlükəsizliyinə təhdiddir. Əksinə, bu dəhliz regionda sülh, iqtisadi inkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaradır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see227

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see194

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see193

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see188

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see169

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see158

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see148

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see129

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see129

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see128

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see128

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri