Zaxarova: COPun Azərbaycanda keçirilməsi beynəlxalq arenada Bakının nüfuzunu artıracaq
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bakıda keçirilən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivəs Sazişinin Tərəflər Konfransı COP29 mükəmməl təşkil edilib".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiyanın COP29-da geniş təmsil olunduğunu xatırladan Zaxarova qeyd edib ki, bu, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin ardıcıl tərəfdarı olduğunu bir daha sübut edir. Rusiya XİN sözçüsü ölkəsinin COP29-dakı nümayəndə heyətinin rəsmi Bakı tərəfindən yüksək səviyyədə qəbul olunduğunu söyləyib:
“Əminik ki, COP-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada Bakının nüfuzunu artıracaq. Xüsusilə, tədbirdə belə nəticələr, uğurlar, səviyyə nümayiş olunub. Biz iqlim istiqamətində Azərbaycan və bütün digər maraqlı dövlətlərlə əməkdaşlığı möhkəmləndirməyi davam etdirməyi hədəfləyirik”, deyə Zaxarova vurğulayıb.
Baxış sayı:82
Bu xəbər 21 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















