Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

Zaxarova, Ermənistan və “aksiomatik qəbul”

Zaxarova, Ermənistan və “aksiomatik qəbul”

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yaxud Rusiyanın nəyi “pisdir”?

Əslində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiklərinə reaksiya verməmək də olardı. Ona görə ki, xanım sözçü fikirlərini Ermənistan kontekstində dilə gətirir və bunun prinsip etibarilə Azərbaycana heç bir dəxli yoxdur. Amma onun açdığı mövzu barədə təkcə ölkəmizdə və Ermənistanda yox, ümumən postsovet məkanında eyni durum var. Hələ dünyanı demirik.

M.Zaxarova bildirib ki, Ermənistan hakimiyyəti istənilən müxalif meyilləri, o cümlədən Erməni Apostol Kilsəsinin təqibini Rusiya xüsusi xidmət orqanları ilə əsaslandırır: “Biz Ermənistanın səlahiyyətli orqanlarının müxalif mövqedə olan istənilən siyasi və ictimai xadimlər arasında, guya, hansısa rus təsiri agentlərini axtarmaq istiqamətində fəal iş apardığını müşahidə edirik. Bilirsiniz, məndə belə sual yaranır: rus təsiri agentləri… Bəs Ermənistanın səlahiyyətli orqanları onları hansı meyarlara əsasən tutur və ya müəyyənləşdirir? Bunlar kimlərdir? İkitərəfli münasibətlərin inkişafının tərəfdarı olanlarmı? Axı Ermənistanın baş naziri Nikol Paşinyan daim Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini deyir. Rusiyaya hörmət edən, onun tarixini, mədəniyyətini bilənlərmi? Axı baş nazir Paşinyan daim ölkəmizə dost münasibətindən danışır.

Ermənistanın səlahiyyətli orqanlarının rus təsiri agentlərini hansı meyarlara əsasən müəyyənləşdirdikləri anlaşılmazdır. İstərdik ki, söhbətin kimlərdən getdiyi və bu meyarların nə olduğu aydın olsun. Əgər məsələ Rusiyanın adı altında müxalifətlə hesablaşmaqdan gedirsə, bu, ümumiyyətlə, çox pisdir. Bu nə dostluqdur, nə insani davranışdır, nə də, yeri gəlmişkən, demokratikdir. Burada Rusiyanın nə aidiyyəti var? Çünki heç bir sübut yoxdur”. Deməli, “aksiomatik qəbul” (axiomatic acceptance) deyilən bir ifadə var ki, bu, bir iddianın sübutsuz doğru kimi anlaşılmasıdır. Yəni, hansısa məqam rəsmi şəkildə elan olunur, amma ictimai müzakirələrdə bu, qeyri-rəsmi aksioma çevrilir. “Self-evident truth” ifadəsi də var ki, mənası həqiqətin öz-özünə dərkidir. Bu anlayış bir məsələnin toplumda çox vaxt tənqidsiz və yoxlamasız dərkinə əsaslanır. Sosial və ya ictimai konsensus ifadəsinə görə isə hadisənin doğruluğu sübutla deyil, ümumi razılaşma ilə möhkəmlənir. Belə durumlarda konsensus mütləq həqiqət yox, sadəcə, razılaşmadır. Narrativin hegemonluğu anlayışına gəldikdə, bu, hadisənin rəsmi və ya dominant izahının güclənməsi deməkdir. Yəni izah o qədər güclüdür ki, alternativlər yanlış sayılır. Sübut tələb edənlər şübhəli qarşılanır, əksinə, nəyisə sübuta yetirmək istəməyən tərəf üstün mövqedə dayanır. Əlbəttə, bütün bunları diqqətə çatdırmaqda məqsədimiz var. Amma məqsədə aydınlıq gətirməzdən əvvəl xanım Zaxarovanın digər fikirlərinə nəzər salaq. Məsələn, Rusiya XİN-in sözçüsü bildirib ki, Ermənistandakı anti-Rusiya hay-küyü fonunda bir millətin nümayəndələri arasında düşmən axtarılmamalıdır: “Bu nə adlanır? Məncə, belə ağır yol keçmiş, milli əlamətə görə təzyiqlərin nə demək olduğunu yaxşı bilən Ermənistan xalqı bunu, çətin ki, dəstəkləsin. Elə görürük ki, insanlar bunu dəstəkləmirlər. Ümid edirik ki, Ermənistan cəmiyyəti bu cür halların genişlənməsinə imkan verməyəcək. Ermənistan hakimiyyəti isə onu populyarlaşdırmayacaq. Həmçinin bizim baxışımıza görə, siyasi məqsədlər üçün iman, dini etiqad və baxış məsələlərindən istifadə tamamilə yolverilməzdir. Biz ardıcıl olaraq daxili işlərə qarışmamaq, digər dövlətlərin suverenliyinə hörmət prinsiplərinə sadiq qalırıq və erməni həmkarlarımızla istənilən danışıqlarda bundan çıxış edirik. Təəssüf ki, bunu bəzi Qərb siyasətçiləri haqqında demək olmur. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas açıq şəkildə Ermənistana Moldovada sınaqdan keçirilmiş seçkilərin təşkili üzrə “ən yaxşı Avropa təcrübələrini” təklif edir. Bu nə cür təcrübədir? Xatırladım ki, orada bütün dünya siyasi təzyiqləri, hədələri, şantajı, seçkilər ərəfəsində müxtəlif kreditlər, qrantlar, tranşlar və s. şəklində pul daşınmasını müşahidə etdi. Bunun əsl demokratiya ilə heç bir əlaqəsi yoxdur”.

Bəli, Ermənistanda güclü anti-Rusiya təbliğatı aparılmaqdadır və bu təbliğatın başında baş nazir Nikol Paşinyan administrasiyası və ona yaxın çevrələr dayanır. Yəni Zaxarova fikirlərində haqlıdır. Eləcə də Rusiya rəsmisinin Ermənistanda rus agentləri şəbəkəsinin axtarışından, habelə Qərbin Moldova texnologiyasını Ermənistana tətbiq etmək niyyətindən söz açmasında məntiq var. Amma mahiyyət tamamilə başqadır.

Mahiyyət o anlamda başqadır ki, Zaxarova nə üçün vəziyyətin indiki duruma gəldiyindən söz açmır. Bu onun heç ağlına da gəlmir. Bir qədər əvvəl həqiqət olmayanların həqiqət qismində təqdimatındakı nəzəri məqamları təsadüfən diqqətə çatdırmadıq. Məsələ ondadır ki, heç kəs Ermənistanda rus təsirinin sübutunu axtarmağa çalışmır. Yəni ayrı-ayrı detallar önəmli deyil. Mahiyyətin başqalığı fonunda Zaxarovanın müdafiə mövqeyinə keçməsinə, fərqli narrativ axtarışına çıxmasına ehtiyac yoxdur. Elə isə lap əvvəlki fikrimizə qayıdaq.

Bəli, təkcə Ermənistanda deyil, bütövlükdə postsovet məkanında Rusiyaya münasibətdə, demək olar, eyni baxış var. Hər yerdə rus agentləri axtarılır, hər yerdə Moskvanın hansısa təxribatçı davranışa üstünlük verəcəyi, seçki prosesinə qarışacağı vurğulanır. Fikrimizcə, təkcə Zaxarova yox, bütövlükdə Rusiya rəsmiləri, habelə ölkənin ictimai rəyi bu barədə düşünməlidir. Axı meydana elementar sual çıxır: Hər şeyin sübutu olmalıdırsa, necə olur ki, Rusiyaya münasibətdə hamı sübutsuz danışır və ya hərəkət edir? Digər tərəfdən, Zaxarova yenə də haqlıdır ki, bütün postsovet məkanında Rusiya ilə ikitərəfli münasibətlərin inkişafının tərəfdarları var. Eləcə də ölkəyə hörmət edən, onun tarixini, mədəniyyətini bilənlər. Belələrinin baxışının zəifliyi və cəmiyyətlərdə özünə yer tapmamasının günahkarı isə başqa heç bir dövlət yox, məhz Rusiyanın özüdür. Ölkənin siyasəti, tarixən tutduğu kurs imkan vermir ki, məsələn, Azərbaycan xalqı Dostoyevskini, Çexovu, Bulkaqovu sevsin. Axı Rusiyanın hərəkət və davranışları bu dahilərin qələmindən yağan mütərəqqilik və bəşəriliklə tərs mütənasibdir. Hər zaman da belə olub. Məgər ölkə siyasi məqsədlər üçün iman, din, dini etiqad və baxış məsələlərindən istifadə etməyibmi? Edib!

Diqqət yetirək, Zaxarovanın “ağır yol keçmiş, milli əlamətə görə təzyiqlərin nə demək olduğunu yaxşı bilən Ermənistan” ritorikası nə deməkdir? Görəsən, milli əlamətə görə ermənilərə təzyiq göstərən kim və ya kimlərdir? Aydındır ki, Azərbaycan və ümumən türklər. Yəni təsəvvürlərdəki canlanma budur. Deməli, Zaxarovanın, əslində, nəyi təlqin etdiyini oxumaq asandır. Hər halda, Ermənistandakı müxaliflərin kimlər olduqları məlumdur. Bu adamlar nəinki ölkələrinin, bütövlükdə dünya erməniliyinin 44 günlük müharibədə rəzil-rüsvay duruma düşdüyünü iddia edir və hakimiyyətə gəlib vəziyyəti düzəldəcəklərini vurğulayırlar. Belələri revanşist və şovinist təbliğat aparırlar. Erməni Apostol Kilsəsi də onlara dəstək verir. O zaman sual yaranır: Zaxarova ədalətlidirmi? Axı işğalçılıq, separatçılıq ədalətli təmayül sayıla bilməz və bu təmayülün vaxtilə milli etnik münaqişə zəminində meydana çıxdığı da sirr deyil, belə mənfi halların Rusiya tərəfindən dəstəkləndiyi də həmçinin. Bəlkə Rusiyanın ayrı-ayrı bölgələrində azərbaycanlılara qarşı etnik, dini zəmindəki təqiblərdə siyasi məqsədlər ön planda dayanmayıb?

Sonda bütün bu qeyd etdiklərimizdən sonra xanım Zaxarovanın Azərbaycan-Ermənistan münasibətləri kontekstində dilə gətirdiyi bir fikri də diqqətə çatdıraq. O bildirib ki, rəsmi Moskva hər iki ölkə arasındakı dialoqda müsbət dinamika, eləcə də region daxilində əlaqələrin bərpası və qurulması istiqamətində perspektivlər görür. O, Rusiya tərəfinin nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesinin başlanmasını alqışladığını vurğulayıb. Rusiya taxılının Azərbaycan ərazisindən tranzit yolu ilə keçməklə, Ermənistana tədarükünü qeyd edərək, nəhayət, söhbəti “3+3” regional əməkdaşlıq formatı üzərinə gətirib. Axı aydındır ki, xanım sözçünün qabartdığı Bakı-İrəvan təmasları konteksti ilə “3+3”ün hansısa əlaqəsi yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see277

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see271

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see263

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see250

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see231

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see227

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see226

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see223

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see222

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see217

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see216

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see213

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see208

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see202

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see202

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see185

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

22 Sentyabr 2026 18:52see185

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see180

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri