Icma.az
close
up
RU
Zaxarova: İsrail Həmas razılaşması sabitləşmə üçün əsas yaradacaq

Zaxarova: İsrail Həmas razılaşması sabitləşmə üçün əsas yaradacaq

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Federasiyası İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs haqqında razılaşmanın həyata keçirilməsinin davamlı sabitləşmə üçün şərait yaradacağına ümid edir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz gözləyirik ki, hazırda əldə olunmuş razılaşmanın həyata keçirilməsi Qəzzada vəziyyətin davamlı sabitləşməsinə kömək edəcək, bütün müvəqqəti köçkünlərin geri qayıtmasına və döyüşlər zamanı dağıdılanların bərpası üçün işlərə başlanamasına şərait yaradacaq. Razılaşma nəticəsində azad edilən israilli girovlar və fələstinlilər məhbusların ailələrinə qovuşacaqlar. Onların arasında Qəzza zolağında olan Rusiya vətəndaşı Aleksandr Trufanovun da olacağını gözləyirik”, - deyə diplomat qeyd edib.

Zaxarovanın vurğuladığı kimi, yekun mərhələdə danışıqlar prosesinə “yeni Amerika administrasiyasının nümayəndələri” də qoşulub. “Bu mühüm razılaşmalar böyük ölçüdə Qətər və Misir vasitəçilərinin səbirli və israrlı işi sayəsində mümkün olub. Onların diplomatik səyləri, şübhəsiz ki, ən yüksək tərifə layiqdir”, - deyə o əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin ümidvar olduğunu bildirib ki, müvafiq razılaşmaların həyata keçirilməsi “bütövlükdə Yaxın Şərq regionunda, o cümlədən Livan, Suriya və Yəməndə vəziyyətin yaxşılaşdırılması üçün ilkin şərtlər yaradacaq”.

“Biz inanırıq ki, bu sazişin bağlanması Fələstin probleminin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda hərtərəfli siyasi tənzimlənməsi prosesinin yaradılması üçün lazımi şəraitin formalaşmasına kömək edəcək. Yekun məqsəd 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla, İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır. Biz inanırıq ki, bu yanaşmanın ağlabatan alternativi yoxdur. Yalnız BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri ilə təsdiq edilmiş belə iki dövlət formulunun həyata keçirilməsi Yaxın Şərq xalqlarına zorakılığın pis dairəsindən çıxmağa və davamlı sülhün bərqərar olmasına kömək edəcək”, - deyə o davam edib.

Yanvarın 15-i axşam Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS arasında Qəzza zolağında saxlanılan girovların azad edilməsi və anklavda atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyini açıqlayıb. Müqavilə bazar günü, yanvarın 19-dan qüvvəyə minəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri