Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Kövrək anlaşma: İsrail HƏMAS razılaşması müharibəni bitirəcək?

Kövrək anlaşma: İsrail HƏMAS razılaşması müharibəni bitirəcək?

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Mixail Pellivert: “Netanyahu yəqin ki, koalisiya, hökumətinin mövcudluğu və bu razılaşmanın həyata keçirilməsi arasında çox çətin seçim etməli olacaq”

Şahin Cəfərli: “HAMAS öz mövcudiyyətini qorumaq və yenidən güclənmək imkanı qazanır”

Yanvarın 16-da İsrail və Fələstinin HƏMAS hərəkatı arasında sülh razılaşması çərçivəsində atəşkəs və girovların dəyişdirilməsi barədə razılıq əldə olunub. Bu, Qətər Baş nazirinin HƏMAS və İsrail nümayəndələrilə öz ofisində ayrı-ayrılıqda görüşündən sonra baş tutub. Bu razılaşma ümid verir ki, Qəzzada müharibənin dayandırılması ilə yekunlaşacaq. Həmçinin bu, girov və məhbusların dəyişdirilməsinə şərait yarada biləcək.

HƏMAS-ın yüksək rütbəli rəsmisi israilli 34 girovun siyahısını BBC ilə paylaşıb. Fələstinli qrup İsraillə potensial atəşkəs razılaşmasının birinci mərhələsində həmin girovları azad etməyə hazır olduğunu bildirib.

Girovlardan neçəsinin sağ qaldığı bəlli deyil. Girov götürülmüş şəxslər arasında 50-85 yaş arasında olan 10 qadın və 11 kişi, həmçinin HƏMAS-ın daha əvvəl İsrailin hava hücumu nəticəsində öldürüldüyünü bildirdiyi azyaşlı uşaqlar da var. Fələstin hərəkatının məlumatına görə, siyahıda, həmçinin xəstələr də var.

HƏMAS rəsmisi “Reuters”ə deyib ki, israilli girovların qaytarılması ilə bağlı istənilən anlaşma İsrailin Qəzzadan çıxması və daimi atəşkəs və ya müharibəyə son qoyması ilə bağlı razılaşmadan asılı olacaq.

"Lakin indiyədək işğalçı qüvvələr atəşkəs və geri çəkilmə məsələlərində razılığa gəlməkdə inadkarlığını davam etdirir və irəliyə doğru heç bir addım atmayıb", - deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib.

İsrail və HƏMAS arasında girovların azad edilməsinə və Qəzza zolağında atəşkəsə dair əldə edilmiş razılaşmanın birinci mərhələsi 33 İsrail əsirinin 2 min Fələstin məhbusuna dəyişdirilməsini nəzərdə tutur. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək və həyata keçirilməsi imzalanmasından 2-3 gün sonra başlayacaq. İlk növbədə 33 girov azad ediləcək: əvvəlcə qadınlar və uşaqlar, sonra qadın əsgərlər, daha sonra 50 yaşdan yuxarı kişilər və s. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 2 min məhkumu, o cümlədən 2023-cü ilin 7 oktyabr hadisələrindən sonra saxlanılmış təxminən min nəfəri azad edəcək.

Mübadilə üçün təsdiqlənmiş Fələstin məhbuslarından təxminən 250 nəfəri ömürlük həbs cəzası çəkir. Eyni zamanda, razılaşma çərçivəsində 2023-cü il oktyabrın 7-də İsrailə hücumda bilavasitə iştirak edən terrorçulardan heç biri azad edilməyəcək.

Bu gün isə İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı cümə axşamı Qəzza zolağında atəşkəs razılaşmasının bəzi hissələrindən geri çəkilməkdə ittiham edib və onun Nazirlər Kabinetinin silahlı qrup bütün elementləri qəbul etməyincə razılaşmanı təsdiqləmək üçün görüşməyəcəyini deyib. “Amerikanın Səsi” yazır ki, Netanyahunun ofisindən verilən açıqlamada HƏMAS-ın “son dəqiqə güzəştlər almağa” çalışdığı bildirilib.

HƏMAS isə bildirib ki, atəşkəs və girovların azad edilməsi razılaşmasına sadiqdir.

Aylarla davam edən danışıqlardan sonra çərşənbə günü elan edilən çoxfazalı atəşkəs tam təsdiq olunsa, bazar günü qüvvəyə minməlidir.

Fələstinli həkimlər bildiriblər ki, İsrail qüvvələri cümə axşamı Qəzza zolağına çoxsaylı ölümcül hava hücumları həyata keçirib.

BMT 2,3 milyon əhalisinin ən azı 1,9 milyonunun köçkün düşdüyü və yaşayış binalarının 92%-nin dağıdıldığı Qəzzaya humanitar yardım çatdırmağa hazır olduqlarını bildirib.

İsrail Prezidenti İsaak Hersoq əldə edilən razılaşmadan sonra atəşkəsə güclü dəstəyini təklif edib: “İsrail dövlətinin Prezidenti kimi mən ən açıq şəkildə deyirəm: Bu, düzgün addımdır. Bu, vacib bir addımdır. Bu, zəruri bir addımdır. Oğullarımızı və qızlarımızı bizə qaytarmaqdan daha böyük mənəvi, insani, yəhudi və ya İsrailin borcudur - istər evdə sağalsınlar, istərsə də dəfn edilsin".

Lakin hökumətdəki sövdələşmənin əsas əleyhdarlarından biri, maliyyə naziri Bezalel Smotrix bunu "pis və İsrail dövlətinin milli təhlükəsizliyinə hədə" adlandırıb.

Analitiklər bildirirlər ki, razılaşmanın əldə olunması müsbət hal sayılsa da, həm HƏMAS tərəfində, həm də İsraildə bunun əleyhinə olanlar var. Bu isə razılaşmanın kövrək olduğunu deməyə əsas verir.

Rusiyalı politoloq Mixail Pellivert “Azadlıq” radiosunun Rusiya xidmətinə deyib ki, bu saziş hələ rəsmi olaraq imzalanmayıb və İsraildə bir sıra həll olunmamış məsələlərin olduğunu deyirlər: “Amma bazar günü icrasına başlanılacağı üçün çox güman ki, imza atılacaq. Biz razılaşmanın mətnini görməmişik, sadəcə qeyri-rəsmi mənbələrin yaydığı məlumatlarla tanışıq. Ona görə də razılaşmanın müharibəni bitirib-bitirməyəcəyini tam söyləmək çətindir”.

“Razılaşma İsrail cəmiyyətində qarışıq hisslərlə qarşılanır. Aydındır ki, bütün ölkə emosional olaraq girovların qaytarılmasını gözləyir, lakin digər tərəfdən, bu sövdələşmənin tətbiq edildiyi, İsrail hökumətinin və əsas faydalanan tərəfin kim olduğu sualı var”, - analitik qeyd edib.

Pellivert vurğulayıb ki, İsrail hökumətinin Qəzzanın müharibədən sonrakı strukturunun necə olması barədə dəqiq təsəvvürü yoxdur: “Bu, ilk növbədə siyasi mənada çox kövrəkdir. Çünki Netanyahu yəqin ki, koalisiya, hökumətinin mövcudluğu və bu razılaşmanın həyata keçirilməsi arasında çox çətin seçim etməli olacaq. Razılaşmanın bütün mərhələləri həyata keçirilərsə, Netanyahunun koalisiyası böyük ehtimalla dağılacaq və o, erkən seçkilər təyin etməli olacaq. Mən kifayət qədər əminəm ki, Netanyahu da bu ssenarini nəzərdən keçirir”.

Azərbaycanlı politoloq Şahin Cəfərli hesab edir ki, İsrail və HAMAS arasındakı anlaşmaya baxanda kimin qalib, kimin məğlub olduğu anlaşılmır: “Hətta razılaşmanın HAMAS-ın lehinə olduğunu söyləmək yanlış olmaz. Birinci mərhələdə (42 gün ərzində) cəmi 33 girovun əvəzində İsrail 1200-dən çox fələstinlini öz həbsxanalarından buraxacaq. Bunların içərisində terrorçuluqda və digər ağır cinayətlərdə ittiham olunan, məhkum edilən xeyli adam var. İsrail ordusu Qəzza daxilində hazırkı mövqelərindən 700 metr geri çəkiləcək, Misirlə sərhəddəki Rəfah nəzarət-buraxılış məntəqəsi açılacaq, humanitar yüklər əvvəlkindən artıq həcmdə Qəzzaya daxil olacaq. İkinci mərhələdə isə digər girovların buraxılması müqabilində İsrail ordusunun tamamilə Qəzzadan çıxması nəzərdə tutulur. Bu, o deməkdir ki, HAMAS öz mövcudiyyətini qorumaq və yenidən güclənmək imkanı qazanır”.

“Anlaşma İsrail hakim koalisiyası daxilində ultraradikal və dindar sionistlərin - milli təhlükəsizlik naziri Ben Qvir və maliyyə naziri Smotriç - kəskin etirazına səbəb olub. Ben Qvirin istefaya hazırlaşdığı barədə xəbərlər var, Smotriç də partiyasının hökuməti tərk edə biləcəyini deyib”, - deyə analitik əlavə edib.

Ş.Cəfərli hesab edir ki, Co Bayden administrasiyası tərəfindən hazırlanan razılaşmanın qəbulunda ABŞ-ın yeni Prezidenti Donald Trampın ciddi rolu var: “Tramp andiçmədən əvvəl anlaşma əldə olunması üçün Netanyahuya təzyiq göstərdi və HAMAS-a ultimatum verdi. Ənənəvi diplomatiyaya qıcığı olan Trampın sövdələşmə əldə etmə metodu budur. Demokratlar kimi uzun-uzadı, nəticəsiz görüşlər və telefon danışıqları aparmaq bu eqosentrik siyasətçinin stili deyil”.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 Yanvar 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri