Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”.
Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Paris və Kiyev arasında imzalanmış müqaviləyə əsasında Fransadan Ukraynaya “Mirage” qırıcı təyyarələri, hava bombaları, zenit və artilleriya sistemləri tədarük olunur.
“Paris və (Ukrayna Prezidenti Volodimir) Zelenski öz vətəndaşlarına, yəni Fransa xalqına bunun kimə qarşı istifadə ediləcəyini açıq şəkildə izah etmədən birgə silah istehsalı haqda müqavilə imzalayıb”, - Zaxarova bildirib.
Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyində dəyişiklik olduğunu açıqlamışdı. O, bunun G7 sammitindən sonra baş verdiyini söyləmişdi. Fransa liderinin sözlərinə görə, Tramp artıq Ukraynanın Rusiya ilə müharibədə uduzduğuna inanmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 30 İyun 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















