Zaxarova Makrona cavab verdi Vaxtilə Paris bunu dəstəkləyirdi
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronu sahibkar İlon Maskla bağlı açıqlamalarına görə tənqid edib.
Teleqraf.com xəbər verir ki, Zaxarova Makronun çıxışını öz Teleqram kanalında şərh edib.
“"X" sosial şəbəkəsi hələ “Twitter” adlananda və təkcə seçkilərə müdaxilə etmək üçün deyil, həm də “rəngli inqilablar” və “Ərəb baharı”nı təkşil etmək üçün - sadə dillə desək, bir sıra ölkələrdə hakimiyyət dəyişikliyi üçün istifadə olunanda Paris buna əhəmiyyət vermədi”, - Zaxarova öz şərhində qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, rəsmi Paris yüz minlərlə qaçqının miqrasiyasına səbəb olan bu müdaxilələrə seyrici yanaşıb və bir sıra ölkələrdə hakimiyyət dəyişikliyini bütün gücü ilə dəstəkləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Yanvar 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















