Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli razılaşmalardan çıxmayıb: "Mən, rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm. Buna müvafiq olaraq, əgər həmin sənədlərin aktual olmadığı bəyan edilməyibsə, müvafiq olaraq imzalanmış bəyanatlardan çıxılmayıbsa, imzanı geri götürməsi baş verməyibsə, o zaman ölkə rəhbərinin imzaladığının (sənədin, bəyanatın-red) bir hissəsidir”, - Zaxaraova vurğulayıb.
Baxış sayı:69
Bu xəbər 23 Yanvar 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















