Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Zaxarovanın bəyanatında diqqət çəkən detal Kreml hansı variantı seçir?

Zaxarovanın bəyanatında diqqət çəkən detal Kreml hansı variantı seçir?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Rusiya axır ki, sükutu pozub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova AzərbaycanErmənistan arasında sülh prosesinə dair açıqlama verib.

Onun sözlərinə görə, tərəflər yalnız ikitərəfli münasibətləri deyil, həm də regiondakı geosiyasi balansı nəzərə alaraq addımlar atmalıdır:

AzərbaycanErmənistan sülh prosesində regional balansı nəzərə almalı və öz xarici siyasətlərini bu balansa uyğun formalaşdırmalıdır” – deyə Zaxarova vurğulayıb.

O, Moskvanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, bunun isə bütün tərəflərin qarşılıqlı hörmət və konstruktiv dialoqu əsasında mümkün ola biləcəyini qeyd edib.

Turan Rzayev 

Zaxarova nə sərt etiraz, nə də açıq dəstək ifadə edir. Bununla belə, Moskvanın narahatlığı aydın sezilir. Xüsusilə “regional balans” ifadəsi diqqət çəkir. Moskva bununla açıq şəkildə bölgənin gələcək geosiyasi arxitekturasında öz payını qorumaq niyyətində olduğunu ifadə edir.

Həmçinin oxuyun:

Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə…

Zaxarovanın “xarici siyasəti balansa uyğun formalaşdırmaq” çağırışı isə açıq şəkildə Bakı və İrəvana ünvanlanan xəbərdarlıqdır. Yəni ABŞ-ın təklif etdiyi yeni düzəni qəbul etsəniz belə, Moskvaya manevr sahəsi buraxmalısınız. Əks halda, həmin balans pozular və Rusiya başqa mexanizmlərlə prosesə təsir edər.

Bu məqam mühümdür. Çünki Rusiyanın regional təsir mexanizmləri hələ də qalır, xüsusilə də Ermənistanda. Daha dəqiq desək, Rusiyanın Azərbaycana ehtimal olunan təzyiq rıçaqlarının ən önəmliləri – işğal faktoru, separatizm, yeni separatçı ocaqlar (Ləzgi, talış kimi), “5-ci kolon”, sülhməramlı kontingent və s. – artıq itib. Buna görə də ehtimal olunan təzyiqlər Ermənistandan gözlənilir. Ermənistanla hərbi ittifaqlar (KTMT), iqtisadi bağlar (Avrasiya İttifaqı), regionda hərbi mövcudluq (Gümrü bazası) və enerji-nəqliyyat layihələrində oynaya biləcəyi kartlar hələ də masadadır.

Buna görə də Zaxarova ölkəsi adından mesaj verir. Mesaj isə ümumilikdə belədir: “Mən bu oyundan çıxmamışam”, “Yalnız bir tərəflə işləmək balansı pozar”, “Biz hələ də bölgədə söz sahibiyik”.

Bununla belə Rusiyanın nə düşünməsindən asılı olmayaraq, Bakıİrəvan bir seçim etdi. Şübhəsiz ki, bunun nəticələri olacaq. Rusiyanın da boş duracağını heç kəs gözləmir. Yəni “şimal ayısı” bu və ya başqa formada nə isə edəcək. Amma bunun effektivliyi sual altındadır.

Rusiya faktiki olaraq Cənubi Qafqazı itirir. Üstəlik, bunun səbəbkarı və təkanvericisi özüdür. Azərbaycan Cənubi Qafqazın açarıdır. Bəli, kiçik ölkəyik, amma çəkimiz, əhəmiyyətimiz və geostrateji mövqeyimiz bizimlə rəftarı və müraciəti həssas edir.

Rusiya İrəvan və Bakıdan tələb etdiyi “regional balans”ı çoxdan özü pozub. Xüsusilə Bakı ilə gərginliyin davam etməsi və hələ də müstəmləkəçi təfəkkürdən doğan yanaşmalar bu balansı pozan başlıca faktordur.

İstisna deyil ki, Kreml bundan sonra İrəvana daha çox təzyiq edəcək. Buna görə də N. Paşinyan tələsməlidir. Ehtimal addım kimi Paşinyan parlament seçkilərini erkənə çəkib Konstitusiya dəyişikliyinə gedə bilər.

Müəllif: Politoloq Turan Rzayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Avqust 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see197

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see149

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see137

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see133

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri