“Zayed İnsan Qardaşlığı Mükafatı”nın rəsmi X səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edilib VİDEO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın rəsmi "X" səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edilib.
APA xəbər verir ki, paylaşımda 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin növbəti nəsillər üçün qarşılıqlı etimad yaradacağı qeyd olunub.
“Dialoqu ixtilafdan, ümidi düşmənlikdən üstün tutaraq hər iki xalq Qafqazda onilliklər boyu davam edən münaqişəni və humanitar çətinlikləri arxada qoymağı seçdi. Davamlı dialoq, etimad qurucu tədbirlər və humanitar təşəbbüslərlə Azərbaycan və Ermənistan digərlər üçün nümunə oldu. Onlar stabillik və əməkdaşlığın əlçatan məqsədlər olduğunu sübut etdilər”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb. Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















