Icma.az
close
up
RU
Zədələnmiş smart kartın əvəz edilməsi ödənişlidir?

Zədələnmiş smart kartın əvəz edilməsi ödənişlidir?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abonentlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarına və strukturlarına məlum əlaqə vasitələri ilə müxtəlif suallar ünvanlayır və operativ şəkildə dəqiq cavablar alırlar.
Bu kimi suallar içərisində vətəndaşların tez-tez müraciət etdikləri mövzuları əhatə edənləri də var.
Bizim.Media xəbər verir ki, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin sualları və onların cavablarını mərhələli şəkildə təqdim edir.
İlk olaraq 5 sual və 5 cavabı diqqətinizə çatdırırıq. Xatırladaq ki, bütün suallar və onların cavabları //isst.gov.az/ rəsmi saytının "Faydalı" bölməsinə yerləşdirilib.
Tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün nə etməliyəm?
- ASAN kommunal, ASAN xidmət mərkəzlərinə, elektron su (e-su.az) və elektron hökumət portallarına (e-gov.az), Kiçik və orta biznes evlərinə (KOB evləri) müraciət edərək "Texniki şərtin verilməsi" (su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma) xidmətindən yararlana bilərsiniz.
İtirilmiş və ya zədələnmiş smart kartın əvəz edilməsi ödənişlidir?
- Sayğacın sərfiyyat yükləmə kartı itirildikdə və ya zədələndikdə onun yenisi ilə dəyişdirilməsi istehlakçının vəsaiti hesabına aparılır. Karta görə ödənilən məbləğ sayğacın markasına görə dəyişir. Elektromed (Alfasu sayğacı) - 15 manat, Metlab (Teksan sayğacı) - 15 manat, Abşeron (Abşeron ÇSS sayğacı) - 7 manat.
Hesabıma onlayn ödəniş etmişəm. Həmin məbləğin smart karta yüklənməsi üçün nə etməliyəm?
- Smart kartı kartoxuyucuya daxil etmədən balansa onlayn ödəniş edildikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir. Siz bu halda şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi və smart kartla birlikdə ASAN xidmət, ASAN kommunal mərkəzlərinə və ya yerli sukanal idarələrinə yaxınlaşaraq məbləği hesabınızdan karta yüklətdirə bilərsiniz.
Əvvəlki dövrlərdən qalmış qalıq borcu birdəfəyə tam ödəyə bilmirəm. Borcumu hissə-hissə ödəmək üçün nə etməliyəm?
- Xidmətlərimizdən istifadəyə görə vaxtında ödənilməyən börcunuzu hissə-hisə ödəyə bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə müvafiq rayon üzrə sukanal idarəsinə yaxınlaşaraq, qarşılıqlı razılaşma əsasında borcunuzun hissə-hissə ödənilməsinə dair protokol bağlamağınız tələb olunur.
Ailə üzvlərimin sayında dəyişiklik olmasına baxmayaraq, hesablama əvvəlki kimi aparılır. Hesabatda dəyişiklik olunması üçün nə etməliyəm?
- Ünvan üzrə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü ərzində ərazi üzrə sukanal idarəsinə təqdim etməlidir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə (ölkə üzrə orta ailə tərkibi 4-5 nəfər təşkil edir) uyğun olaraq aparılır. Ailə tərkibində dəyişikliyin aparılmasını onlayn qaydada etmək üçün isə siz www.e-su.az saytında və ya mobil tətbiqində "e-xidmətlər" bölməsindən, www.isst.gov.az saytında “Elektron xidmətlər” bölməsindən və ya www.e-gov.az portalından ADSEA-nın təqdim etdiyi elektron xidmətlərin siyahısında “Abonent məlumatlarının dəyişdirilməsi” xidmətindən istifadə edə bilərsiniz.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri