Smart kart tipli su sayğacının itirilmiş və ya zədələnmiş kartının dəyişdirilməsi ÖDƏNİŞLİDİR
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda smart-kart tipli su sayğacının sərfiyyat yükləmə kartı itirildikdə və yaxud zədələndikdə onun yenisi ilə dəyişdirilməsi ödənişlidir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabelində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bəyan edib.
Məlumata görə, yeni kartın qiyməti sayğacın markasına görə dəyişir - Türkiyənin "Elektromed" şirkətinin istehsalı olan "Alfasu" sayğacının kartının qiyməti 15 manat, "Metlab" şirkətinin istehsalı olan "Teksan" sayğacının kartının qiyməti 10 manat, "Gəncə Cihazqayırma Zavodu" ASC-nin istehsalı olan "Abşeron" sayğacının kartının qiyməti isə 7 manatdır.
"Smart-kartı oxuyucuya daxil etmədən balansa onlayn ödəniş etdikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir. Abonent bu halda şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi və kartla birlikdə "ASAN xidmət", "ASAN kommunal" mərkəzlərinə və yaxud yerli sukanal idarəsinə yaxınlaşaraq məbləği hesabından karta yüklətdirə bilər", - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Yanvar 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















