Icma.az
close
up
RU
Zəfər adı xalqımıza çox yaraşır

Zəfər adı xalqımıza çox yaraşır

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ümummilli Lider Heydər Əliyev hamımızın bir Vətəni olduğunu önə çəkərək Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, beynəlxalq aləmdə təqdimatına öz töhfələrimizi verməyə çağırdı. Vahid amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyimiz müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasında öz sözünü dedi. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik Gününü, eyni zamanda, milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycançılıq, ölkəmizdə sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayan millətlərin, xalqların əməkdaşlığı, milli birlik Azərbaycanın hədəflərə doğru inamla irəliləməsində mühüm rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri bunun bir daha təqdimatı oldu.Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Qurultaydakı çıxışında Ümummilli Lider Azərbaycan diasporunun qarşısında dayanan vəzifələri açıqlayaraq növbəti dövr üçün fəaliyyətlərinin yol xəritəsini təqdim etdi. Əsas hədəf erməni yalanlarının ifşa edilməsi, hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması idi. Dövlət başçısı İlham Əliyevin son 21 ildə imzaladığı sərncamlar əsasında keçirilən Dünya Azərbaycanlılarının II, III, IV, böyük qürurla bəhs etdiyimiz V qurultayı ötən dövrlərdə Azərbaycanın qazandığı uğurların beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev qurultaylardakı çıxışlarında güclü, qüdrətli Azərbaycanın bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu bildirdi. Zəfər Qurultayı tamamilə fərqli ab-havada qeyd edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirən məkan paytaxt Bakı deyil, Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşa oldu. Dövlət başçısı İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsinin və qonağın qatıldığı Zəfər Qurultayındakı çıxışında bu fikirləri böyük qürur hissi ilə bildirdi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”.Azərbaycan tarixi Zəfərimizin və suverenliyimizin yaratdığı reallıqların təqdimatı, qəbul etdirilməsi istiqamətində mühüm uğurlar qazanıb. Dünyanın əksər gücləri yeni reallıqları qəbul edərək bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılmasına, sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirdilər. Azərbaycanın sülh gündəliyinin, yeni əməkdaşlıq formatının müəllifi kimi mövqeyi möhkələndi. Ölkəmiz türk dünyasının birliyinə töhfələri ilə diqqətdədir. 44 günlük İkinci Qarabağ müharibəsində və bir günlük anterror tədbirlərində göstərdiyimiz birlik əsasında şanlı Zəfərə necə imza atdıqsa, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə reallığa çevrilməsində də eyni həmrəyliyi nümayiş etdiririk.Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında birliyimizin, həmrəyliyimizin uğurlarımızda rolu təqdir edilir. Cənab İlham Əliyev bu günlərdə idman yekunlarına həsr olunan mərasimdə də Azərbaycanın tarixi Zəfərindən, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bildirdi ki, biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi, bütün bunları Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri