Vətənimə zəfər yaraşır FOTO
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik şəhəri M. Bağışov adına 3 saylı tam orta məktəbdə Vətən müharibəsində qazanılmış Zəfərin 6-ci ildönümü münasibətilə “İntellekt klub” layihəsi çərçivəsində “Vətənimə zəfər yaraşır” adlı Breyn Rinq intellektual oyunu keçirilib.
Oyunun əsas məqsədi şagirdlərin intellektual səviyyəsini yüksəltmək, məntiqi təfəkkürünü və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, bilik və təcrübə mübadiləsinin təşviqi olub. İştirakçılar komanda şəklində mübarizə apararaq biliklərini və çevik düşünmə qabiliyyətlərini nümayiş ediblər.
Bilik, zəka və komanda ruhunun bir araya gəldiyi yarışda Lerik şəhəri A. Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyinin komandası birinci yerə çıxıb. İkinci yeri isə Ə. Məmmədov adına Livədirqə kənd tam orta məktəbinin komandası qazanıb.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.
Tural Əliyev,
Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















