“Zəfər bayramı: xalqın iradəsi və dövlətin gücü” Dilçilik İnstitutunda anım tədbiri
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Zəfər bayramı: xalqın iradəsi və dövlətin gücü” adlı anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Tədbirdə Qarabağda tarixi Qələbənin əhəmiyyəti, dövlətimizin gücü və xalqımızın birliyi vurğulanıb.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ordumuzun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. O qeyd edib ki, qazanılan Zəfər xalqın iradəsi və birliyinin rəmzidir.
İnstitutun əməkdaşları çıxışlarında Zəfər Gününün tarixi əhəmiyyətindən söz açıblar, şəhidlərimizin xatirəsinin əziz tutulmasının və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini diqqətə çatdırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















