Icma.az
close
up
RU
Zəfər dolu 32 il

Zəfər dolu 32 il

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin  yeni tarixində mühüm siyasi əhəmiyyətli hadisələrdəndir. Azərbaycanın son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış Yeni Azərbaycan Partiyası  qısa zaman ərzində xalqın sevgisini, etimadını qazanmış və iqtidar partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi  32- ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir birindən əhəmiyyətli uğurlara, tarixi Zəfərlərə  imza atmışdır.

Azərbaycan 1991-93 cü illərdə bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz üzə dayanmışdı. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurmasının dərinləşməsi, zorla düçar olduğumuz müharibədə uğursuzluqlar, hakimiyyət uğrunda mübarizə həmin dövrün xarakteristikasıdır. Yüksək vəzifələrə idarəetmə bacarığı, səriştəsi, savadı olmayan insanların təyin edilməsi, ölkəmizin üzləşdiyi ağır durumu daha da dərinləşdirir, ölkəni uçuruma aparırdı.

Məhs ölkənin belə bir ağr, çətin durumunda qədirbilən Azərbaycan xalqı o zaman Naxçıvanda yaşayan Heydər Əliyevə üz tutdu. 16 oktyabr 1992 - ci ildə ölkəmizin bir qrup tanınmış  ziyalısı Heydər Əliyevə müracət ünvanlandı. “91-lər”in müraciəti kimi  Azərbaycanın ən yeni tarixinə daxil olmuş həmin müraciət, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Hər zaman qəlbi Azərbaycanla, xalqı ilə döyünən ulu öndər ölkəsinin  bu ağır, çətin məqamina biganə qalmayaraq, xalqın çağırışına səs verdi, ölkənin ağırlıqlarını öz çiyinlərinə  götürdü.

1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin  sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil  olunduğu konfrans  keçirildi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası yarandı və qısa müssət ərzində xalqın dəstəyi ilə hakim partiyaya çevrildi.

Təsis konfransını 550 nəfərin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasınin 10 illiyinə 280 min üzv birləşirdirsə, bu gün onların sayı 730 mindən artıqdır. Əlbəttə ki, bu onu göstərir ki, qədirbilən xalqı ulu öndər Heydər Əliyev ideyyalarına sadiqdir və  Prezident İlham Əliyevin həyata kecirdiyi uğurlu, düşünülmüş  siyasətin  gələcəyinə inanır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siya-si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə, bir sözlə bütün sahələrdə ciddi dönüş yarandı.

Ötən 32 ilə nəzər salsaq görərik ki, Yeni Azərbaycan Partiyasının həyatı  mühüm hadisələrlə, Zəfərlərlə zəngin olmuşdur. Partiyamızın ötən dövr ərzində keçirdiyi Qurultaylarda qəbul olunan qərarlar Partiyanın həyatında, Azərbaycanın inkişafında mühüm rol oynamış,  ölkənin milli maraqlarına xidmət etmişdir.

Ulu öndər Heydər Əliyev Prezident kimi 10 illik fəaliyyəti dövründə bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan cəmiyyətini bütün təhlükələrdən xilas edərək, yeni iqtisadi modellə gələcəyimizi İlham Əliyev kimi gənc, peşəkar siyasi liderin rəhbərliyinə istiqamətləndirdi. İlham Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə tariximizə qızıl hərflərlə yazıldı. Bu səhifə 30 illik Qarabağ işğalına son qoydu. Xaqımıza tarixi Zəfər bəxş etdi. Bu səhifə Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri