Icma.az
close
up
RU
Zəfər Günü Praqada da təntənə ilə qeyd edilib

Zəfər Günü Praqada da təntənə ilə qeyd edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Praqa, 7 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Çex Respublikasındakı səfirliyi tərəfindən Praqa şəhərində təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Çexiyanın ictimai-siyasi, elmi və işgüzar dairələrinin nümayəndələri, Praqada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, media nümayəndələri və diaspor təşkilatlarının təmsilçiləri olmaqla, ümumilikdə 100-dək qonaq iştirak edib.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edən səfir Yaşar Əliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək, əzəli torpaqlarını işğaldan azad etdiyini bildirib. Səfir xalqımızın milli qürur tarixi olan 8 Noyabr - Zəfər Gününün müasir tariximizdə müstəsna əhəmiyyətindən danışıb, beş il əvvəl Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə özünün ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirdiyini diqqətə çatdırıb.

Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamənin imzalanmasının fundamental vacibliyini vurğulayan səfir, Prezident İlham Əliyevin apardığı siyasi kursun mehriban qonşuluq, regional əməkdaşlıq formatlarının yaradılması kimi prinsiplər üzərində qurulduğunu diqqətə çatdırıb.

Səfir, hazırda regionumuzda yeni reallıqlarınyarandığını, sülh və sabitliyin möhkəmləndirilməsi, bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin yarandığını vurğulayaraq, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, habelə əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini bildirib.

Prezident İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərini “yaşıl enerji” zonası elan etdiyini, bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını vurğulayan səfir, azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşması istiqamətində cəmi 5 il ərzində dayanıqlı nəqliyyat infrastrukturunun yaradıldığını, beynəlxalq hava limanlarının inşa edildiyini, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından istifadə edilməklə yeni yaşayış məntəqələrinin istifadəyə verildiyini bildirib. O, onilliklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin artıq təhlükəsiz şəkildə öz doğma yurdlarına geri döndüklərini diqqətə çatdırıb.

Sonra tədbirdə Türkiyə səfiri Metin Feyzioğlu, Pakistan səfiri Şehryar Akbar Xan və Macarıstanın səfiri Andras Baranyi çıxış ediblər. Səfirlər çıxışlarında, təmsil etdikləri ölkələrin Azərbaycan ilə dost münasibətlərinə toxunaraq, Vətən müharibəsində qələbənin qəhrəmancasına mübarizə nəticəsində qazanıldığını vurğulayıb, Zəfər Günü, suverenliyin və ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıblar.

Sonra 44 günlük Vətən müharibəsi və ölkəmizin hərbi qüdrəti, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri barədə videoçarxlar nümayiş etdirilib, milli mətbəximizin nümunələrindən ibarət ziyafət təşkil olunub. Həmçinin 8 Noyabr - Zəfər Günü ilə əlaqədar səfirlik tərəfindən xüsusi hazırlanmış broşürlər və İRS jurnalının müvafiq buraxılışları tədbir iştirakçılarına paylanılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri