Zəfər Günü Sumqayıtda konsert və atəşfəşanlıq olacaq
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Sumqayıt şəhərində möhtəşəm bayram konserti və atəşfəşanlıq olacaq. SİA xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Konsert proqramı Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək. Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev, Təyyar Bayramov, Nadir Qafarzadə, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Şəmistan Əlizamanlı, Aytən Məhərrəmova, Namiq Qaraçuxurlu, Gülzar Fərəcova, Ceyhun Zeynalov, Murad Laçınlı iştirak edəcəklər.
Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olacaq.
Qeyd edək ki, konsert proqramı noyabrın 8-də saat 19.00-da başlayacaq və saat 21.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 Noyabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















