Saxta əlillik işində müğənni Dəniz Əsədovaya qarşı ifadə verildi
Icma.az, Lent az saytına istinadən bildirir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın barəsində olan cinayət işi üzrə proses keçirilib.
Lent.az xəbər verir ki, ifadə verən Samir Yusifov Dəniz Əsədovanın sürücüsü olduğunu deyib:
“Mən Dəniz Əsədovanın sürücüsü olmuşam, qızını aparıb-gətirmişəm. Mənə sənədlər də verilirdi. Açıb baxmamışam. Mənə deyilib sənədi apar, aparıb vermişəm”.
Prosesdə şahidin ilkin istintaqa verdiyi ifadə elan edib.
Onu ifadəsinə görə, Sabunçuda Dəniz Əsədova ilə qonşu olub, orda münasibət yaranıb və onun sürücüsü olub. Ona çatdırılması üçün sənədlər verilib. Sənədləri 20 saylı xəstəxananın baş həkimi Rauf İsfəndiyara verib. Nə olduğunu bilməyib. Amma əlillik dərəcəsini təyinatı üçün olduğunu eşidib. Sonra ƏƏSMN-də yoxlama keçirilib. Keçirilən yoxlama nəticəsində əlillik dərəcəsi verilən şəxslərin əlilliyi kəsilib.
Məhərrəm Məhərrəmov 2019-cu ildə açılan cinayət işində şahid olduğunu, istintaq orqanına ifadə verdiyini bildirib.
Məhkəmə tərkibi onun da ilkin istintaqa verdiyi ifadəni elan edib:
“Dəniz Əsədova dedi ki, 2500-4000 manat qarşılığında dərəcələrə uyğun əlillik düzəldir. Mən də bunu Sumqayıtda bir neçə nəfərə dedim. Şirinlik olaraq 50-100 manat alacağımı dedim. Aldığım pulları "20 Yanvar"da ona vermişəm. Sonra ƏƏSMN-də yoxlama keçirildi, əlillik dərəcəsi verilən şəxslərin pensiyası kəsildi, Dəniz Əsədova həbs olundu”.
Növbəti proses noyabrın 26-na təyin olunub.
Dəniz Əsədova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham verilib.
Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur. İttihama görə, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib. O, ümumilikdə dövlətə 1,6 milyon manat ziyan vurub. Dəniz Əsədova daha öncə Binəqədi rayon Məhkəməsinin qərarı ilə xüsusi ittiham qaydasında 7 ay azadlıqdan məhrum edilib. Daha sonra digər ittihamla cəzası artırılıb.
O, ötən ay Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 29 Oktyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















