Zəfər Gününə həsr olunmuş ”motokross” çempionatı keçiriləcək
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
11 noyabr tarixində Badamdar Avtobazar ərazisində Motokross çempionatı keçiriləcək. Yarış Azərbaycan Motosiklet İdmanı Federasiyası (AMİF) tərəfindən təşkil olunur və 8 Noyabr – Zəfər Gününə həsr edilir.
Redaktor.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir.
Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Tamaşaçıları maraqlı yarışlar, nümayiş çıxışları, moto-şou və motosiklet sərgisi gözləyir.
Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov bildirib:
"Bu çempionat təkcə idman tədbiri deyil. Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəsilə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motosport sevərlərini və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 01 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















