Özbəkistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
8 Noyabr Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür.
Bu gün təkcə Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, xaricdə yaşayan soydaşlarımız üçün də əlamətdar gündür.
Newscenter.az xəbər verir ki, bu əlamətdar tarixlə əlaqədar cari il noyabrın 6-da Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi üzrə tədbir və konsert proqramı keçiriləcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Qaraqalpaqıstan, Başqırdıstan və Tatarıstanın xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın "Özbəyim yoşları" musiqi qrupu, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” adlı rəqs ansamblının çıxışları nəzərdə tutulub.
Sözügedən tədbir çərçivəsində ilk olaraq Mərkəzin foyesində Azərbaycan xalqının zəfərinə həsr edilmiş foto sərgi də iştirakçılara təqdim olunacaqdır.
Süleyman İsmayılbəyli
Bu mövzuda digər xəbərlər:Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək
07 Noyabr 2024 18:03
Zəfər Gününə həsr olunmuş ”motokross” çempionatı keçiriləcək
01 Noyabr 2025 14:47
Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
16 Oktyabr 2025 15:14
Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
08 Noyabr 2024 21:31
Baxış sayı:114
Bu xəbər 04 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















