Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq

Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin beşinci   ildönümünü qeyd edəcək. Bu qüruru, xoşbəxtliyi xalqımıza yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Ümumilikdə 44 günlük  Vətən müharibəsi zamanı  rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Ermənilərin 30 ildə bu ərazilərimizdə qurduqları istehkamlar onların torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində olmadıqlarının aydın təsəvvürünü yaratdı. Bu səbəbdən Ermənistan himayədarlarının dəstəyi ilə danışıqlar prosesinə imitasiya naminə qatılır, vaxt qazanmağa cəhdlər edirdilər. Onların yeni ərazilər uğrunda müharibə planları   da danışıqlar prosesinin  uzanmasında  özünü qabarıq şəkildə büruzə verdi. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu istehkamları dağıtdı, hər günü tariximizə Qələbə səhifəsi kimi yazdı.  Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Füzuli döyüşlərində Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25325 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. 17 oktyabr dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq Füzuli Şəhəri Günü kimi qeyd edilir.  Hazırda  işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli rayonu da  bərpa və quruculuq dövrünü yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra ilk səfər etdiyi ərazilər Füzuli və Cəbrayıl rayonu, o cümlədən Füzuli və Cəbrayıl şəhəri oldu. Cənab İlham Əliyevin bu günədək Füzuli rayonuna 20-dən artıq səfərinin hər biri rayonda aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Füzuli şəhəri sakinlərinə qovuşan 6 şəhərdən biridir. Azad edilmiş ərazilərimizdə tikilib istifadəyə verilən hava limanlarından biri Füzuli rayonundadır. 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. 8 aya tikintisi başa çatdırılan, müasir tələblərə cavab verən bu hava limanının açılışı  Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə həyata keçirildi. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı bu torpaqlara səfər edən qonaqlarımızın rahat gediş-gəlişini təmin edir.  Dövlət başçısı İlham Əliyev 2021-ci ilin 18 oktyabr tarixində Füzuli ictimaiyyətinin  nümayəndələri ilə görüşündə bildirmişdir ki, Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi. Biz öz torpaqlarımızı azad etməli idik: “Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Onu da deyirdim ki, əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır”.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri