Icma.az
close
up
RU
Zəfər paradı: “İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi”

Zəfər paradı: “İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm hərbi paradının keçirilməsi Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

O bildirib ki, Bakı şəhərində keçirilən hərbi parad təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə oldu:

“Bu hərbi paradın keçirilməsi rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə, müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də növbəti əyani təsdiqidir”.

Deputat Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan bütün qoşun növlərini əhatə edən hərbçilərlə yanaşı, hərbi texnikaların keçdiyini də vurğulayı: 

“Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli - tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.

Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 22 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. 

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu”.

S.Salmanova xatırladıb ki, beş il əvvəl, 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradı Azərbaycan tarixində milli qürurun, Ordumuzun gücünün və xalqımızın iradəsinin təntənəsi olmuşdu:

“2023-cü ildə Xankəndidə keçirilən hərbi parad isə Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu dünyaya bəyan etmişdi. Bu gün Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəmizin beşinci ildönümünə həsr olunmuş Hərbi parad isə yalnız hərbi gücümüzün nümayişi deyil, həm də xalqımızın qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir”.

Parlamentari vurğulayıb ki, Prezident İlham Əliyev tədbirdəki çıxışında Zəfərin qürurunu və sevincini Azərbaycan xalqı ilə bölüşdü. Dövlətimizin başçısı əsgər və zabitlərimizin böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdiklərini bildirdi. Bizi Zəfərə yaxınlaşdıran amillərdən bəhs etdi:

“Cənab Prezident çıxışında 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşdüyünü, bir milyon vətəndaşımızın qaçqın, köçkün vəziyyətinə salındığını, Ermənistanın xalqımıza qarşı hərbi cinayətlər, soyqırımı törətdiyini qeyd etdi.

Bütün bu ağır sınaqlara baxmayaraq, xalqımız heç vaxt ümidini itirmədi, haqq-ədalət uğrunda mübarizəsini dayandırmadı. Ölkə başçımız İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçiləndə bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik.

Hər sözü imzası qədər keçərli olan cənab İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi. Azərbaycan xalqı bu Şanlı Zəfərlə hər zaman fəxr edəcək.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsidir. Bu Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin əbədi və dönməz qüdrətinin təsdiqidir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirak etməsi və çıxışları bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan–Türkiyə–Pakistan dostluğu və qardaşlığı sarsılmaz, əbədi və strateji təməllər üzərində qurulub:

“Paradda Türkiyə və Pakistan hərbçilərinin nümunəvi keçidinin isə siyasi və rəmzi mənası var idi. 44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi.

İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi.

Dövlətimizin başçısı çıxışı zamanı da bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Bundan başqa, ölkə başçımız Pakistan dövləti və xalqının 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstək və həmrəyliyi yüksək qiymətləndirdi.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan dostluq, qardaşlıq münasibətləri sadəcə siyasi əlaqə deyil, həm də ortaq dəyərlər, tarixi bağlar və gələcəyə yönəlmiş strateji əməkdaşlıqdır”.

S.Salmanova onu da vurğulayıb ki, bir vaxtlar mifləşdirilmiş “məğlubedilməz erməni ordusu”nun qalıqları bu gün bütün dünyaya Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkından nümayiş etdirilir:

“Onlar deyirdilər ki, tankları Bakı küçələrində olacaq, Bakıda çay içəcəklər. Prezidentimizin də söylədiyi kimi, əslində, onların bu arzuları həyata keçdi.

Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri