Icma.az
close
up
RU
Zəfər marafonumuzun İlham Əliyev fenomeni

Zəfər marafonumuzun İlham Əliyev fenomeni

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Azərbaycan Prezidentinə dedi: “Sən böyük lidersən”

Xalqımızda bir gözəl misal var: Hər qaranlıq gecənin bir işıqlı səhəri var. Babalarımız bu inamla çox zülmət axşamı nurlu sabaha calayıb. 30 illik qanlı-qadalı, ağrılı-acılı, kədərli-faciəli Qarabağ münaqişəsi və müha­ribəsinə son qoymuş 44 günlük zəfər yürüşümüz 5 il əvvəl noyabrın 9-dan 10-na keçən gecə işğalçı Ermənistanın diz çöküb yalvarması ilə işıqlı sa­baha açılmadımı?

Lakin Qərbdə və Şərqdəki ağa və hi­mayədarlarının siyasi girovuna çevrilmiş başabəla toplumun başbilənləri ötən 5 ildə bu çarəsiz məğlubiyyətin sülh sazişi ilə rəsmiləşdirilməsini hər vasitə ilə uzadır və pozurdu. Vaxt məğlub tərəfin ziyanına mə­nasız yerə uzanıb gedirdi. Qalib Azərbay­canın müdrik lideri Prezident İlham Əliyev isə sülhün alternativsizliyini bütün dünya­ya bəyan edir, gerçəkliyi anlasa da qəbul etmək istəməyən İrəvan elitasının güclü bir təsirlə başa salınacağı günü təmkin və qə­tiyyətlə gözləyirdi.

Nəhayət, o gün də gəldi və yenə Azər­baycan üçün daha bir qaranlıq gecə sevinc­li sabahla əridi. Avqustun 8-dən 9-na keçən gün təkcə bizim deyil, bütün dünyanın göz­lədiyi işıqlı bir sabaha açıldı. Biz də, dünya da Qarabağın azad edilməsi kimi, işğalçı tərəfin sülh gerçəyini necə lazımdırsa qəbul etməsini də möcüzə kimi qarşıladı. 

Elə bu möcüzə səbəbi ilə də mən bu yazını 5 il əvvvəl –Vətən müharibəsi gün­lərində işğalda olan şəhər və kəndlərimizin sürətlə azad olunduğu zaman qələmə almaq istəmişəm. İş elə gətirdi ki, sanki, bu ya­zını “ləngitməklə” bütöv bir romanın son nöqtələrini gözləmişəm: Azərbaycan Pre­zidentinin bizdə gecəyarı olan, Amerikada isə günorta keçirilən Vaşinqton görüşlərini deyirəm! Bəs bütöv bir epopeyanın son vərəqi olan bu qələbə öz başlanğıcını har­dan alıb? 

İndi aydınca görünür ki, bu zəfər ma­rafonu İlham Əliyevin Prezidentliyə qədəm qoyduğu andan başlayıb və bu günə gəlib çatıb. Ümummilli lider Heydər Əliyevin siyasi yetirməsi və varisi, yeni tipli lider İlham Əliyev Ulu öndərin xeyir-duası ilə liderlik estafetini qəbul edib, xalqın mütləq etimadını qazanıb ilk dəfə Prezident kimi and içəndə torpaqlarımızın bir qarışının da düşmənə güzəşt edilməyəcəyini inamla vurğulamışdı. Köçkün və qaçqınlarla hər görüşündə dövlət başçısı bu məramı qətiy­yətlə bəyan edirdi. Bir lider kimi xalq onun işğalçıya ünvanladığı bu mesajlara dərin inamla yaşayırdı. 

Biz ədaləti özünə baş hədəf seçmiş yeni liderimizə ona görə inanırdıq ki, onun bü­tün fəaliyyətində və çıxışlarında qəribə və təbii bir səmimiyyət var idi. Onun bütün vədləri 44 günlük Vətən müharibəsi gün­lərində özünü doğrultdu. Ali Baş Koman­danın “Mən bilirdim nəyi, necə, nə zaman etmək olar” deyimini xalq lider müdrikliyi­nin loqosu, ölkəmizin qələbə düsturu kimi qarşıladı. 

Azərbaycan lideri İlham Əliyev sə­mimiyyət və qətiyyəti Vətən müharibəsi günlərində bəzi xarici jurnalistlərin qərəzli suallarına cavablarında da özünü göstərir­di. Həqiqətdən güc alan bu möhtəşəm də­yanət canlarını Vətən yolunda fəda etmiş şəhidlərimizin qəhrəmanlığına geniş yol açdı. Şəhidlərimizin, qazilərimizin qanı ilə, ordumuzun gücü ilə başa çatan Zəfər yürüşümüzün önündə Ali Baş Komandan İlham Əliyevin dünyaya göstərdiyi plane­tar təfəkkür döyüş bayrağına çevrildi.

30 illik yorucu, bezdirici gözləmələr­dən sonra Qarabağın azadlığa qovuşması, işğalçının ayağının torpaqlarımızdan kəsil­məsi xalqımıza möcüzə təsiri bağılamışdı. Mediamız da Şuşanın, Xankəndinin fəthi kimi qələbələrimizi “möcüzə” deyə təqdim etmişdi. Amma bunlar möcüzə deyil, Ali Baş Komandanın bəşəri düşüncəsinin, iri­miqyaslı zəkasının yaratdığı gerçəklik idi. Deməli, möcüzə Tanrının bizə bəxş etdiyi İlham Əliyevin zəkası, iradəsi, uzaqgörən­liyinin əmələ çevrilməsidir. 

Həmin təfəkkür, bənzərsiz xarizma bu gün dünyanın ən güclü dövlətlərinin li­derlərini onun yaratdığı gerçəkliyi qəbul etməyə, qiymətləndirməyə yönəldir, bu məntiqlə hesablaşmaq zərurəti yaradır. Min illik Azərbaycan tarixində İlham Əliyevin nadir təfəkkürünü xalqımız Allah vergisi kimi qəbul etməkdə tam haqlıdır. Dünyanın ən iri, güclü dövləti olan Amerika Birləş­miş Ştatlarının Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyevin gö­rüşü bu təfəkkürün planetar səviyyədə ol­duğunu bir daha sübut etdi. Superdövlətin birinci şəxsi elə belə dedi: “Xalqınız böyük xalqdır... Siz böyük lidersiniz”.

Və 2025-ci ilin 8 avqusundan 9-na keçən gecə bütün dünyanın diqqəti Vaşinq­tona yönəlmişdi. Milyardlarla insan nəfəs dərmədən gözləyirdi: inanılmaz bir hadisə – aylarla, illərlə uzanan, Makronların mane olduğu Ermənistan – Azərbaycan sülh müqaviləsi, nəhayət, imzalanmağa yön­ləndiriləcəkmi? Dünya gözləməklə yanaşı, həm də inanırdı ki, Azərbaycan Prezidenti­nin planetar təfəkkürü öz sözünü deyəcək. 

Əsrlərlə davam edən Ermənistan düş­mənçiliyi onun rəhbərinin soyuq təbəs­sümü ilə sona yetdi: Qafqazda yeni tarix yazıldı, sülhə inam təntənəsi yaşandı. Daha bir işıqlı sabaha yön alıb dünyaya yayılan bu tarixi hadisə, çox güman ki, bu gün mü­haribə gedən ölkələrin hökm verənlərinə də bir dərs olacaq! Mütləq olacaq!

“Bir gecənin möcüzəsi”. “Möcüzəmi?” – Qətiyyən yox! Bu, İlham Əliyevin plane­tar təfəkkürünün qələbəsidir. Bu Qələbənin canlı şahidi olmaq üçün Azərbaycan xalqı 8 avqust gecəsini yatmadı. ABŞ Prezidenti Donald Tramp İlham Əlyevə onun cəsarəti ilə fəxr etdiyini dedi. 

Jurnalistlərimiz görüşün hər anını oxu­culara, tamaşaçılara təqdim etdilər. Tram­pın Əliyevlə görüş anları hər iki liderin məmnunluq hisslərinin səmimi ifadəsi oldu.

Bu görüşdən qaynaqlanan siyasi divi­dentlərə nəzər salaq:

– Azərbaycanın çoxdan imtina etdiyi Minsk qrupunun buraxılması;

– ABŞ-ın Azərbaycanı dövlət yardı­mından mərhum etdiyi “907-ci düzəliş”in ləğvi;

– Azərbaycan və ABŞ arasında Strate­ji Tərəfdaşlıq Xartiyası ilə bağlı Anlaşma Memarondumunun imzalanması;

– Və ən başlıcası, Azərbaycanın diqtə etdiyi sülh şərtlərinin bütünlüklə qəbul edi­lib imzalanmağa yönəldilməsi.

Sənədlər imzalandı, tarixi görüş başa çatdı. Azərbaycan jurnalistləri, sosial şə­bəkə istifadəçiləri gecənin oğlan çağında tarixi qələbə müjdəsini ictimaiyyətə yaydı. Bu möcüzəli uğur gecəsində mən də Va­şinqton görüşünü xalqımıza yüksək peşə­karlıqla çatdıran çoxsaylı tələbələrimlə də qürur duydum. Prezidentimizə informasiya dəstəyi verən mediamızla fəxr etdim. Əlimi Uca Tanrıya uzadıb Prezidentimizə uzun ömür, yeni qələbələr arzuladım.

Həmin anlarda yanımdakı yuxusu qaç­mış, sevincimi balaca qəlbi ilə duymağa çalışan 4 yaşlı nəvəmə - Yusifə üz tutdum:

– Mənim balam, biz bu dünyada çox əziyyət çəkdik, ağır günlər yaşadıq. Mən – sənin 83 yaşlı baban müharibə illərində doğuldum, ömrün ahıl çağı da müharibə il­lərinə düşdü. Amma bu Vətən müharibəsi idi. Ona görə oğullarımız Prezident Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə cəbhəyə yollanıb düşmənin başını əzdi. 

Şükür Tanrıya, sən Azərbaycanın qü­rurlu günlərini yaşayırsan. Allah sizin nəsilə müharibə göstərməsin! Amma Pre­zidentimizin bir sözünü heç vaxt unutma: “Biz düşmənlə barışa da bilərik, sülh sa­zişini imzalaya da bilərik, amma heç vaxt kiməsə arxayın olmamalıyıq”. 

Cahangir MƏMMƏDLİ,
BDU-nun media tarixi kafedrasının müdiri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Avqust 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see300

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see217

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see202

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see192

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see188

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see184

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see175

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see169

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see165

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see163

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see161

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see160

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see159

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see155

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see153

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see149

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see148

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see147

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see141

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri