Icma.az
close
up
RU
Zəfər parkıand yerimiz, qəhrəmanlıq ünvanımız!

Zəfər parkıand yerimiz, qəhrəmanlıq ünvanımız!

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak edən və orada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizin tarixi yolunun real təsviri, Qələbə ovqatımızın təntənəsidir.

 Xalqımızın qəhrəmanlığının simvolu olan bu möhtəşəm kompleks eyni zamanda qələbə dastanını yazan şəhidlərimizin əziz xatirələrinə göstərilən böyük hörmətin təzahürüdür. Xalqımızın həmrəylik, bütövlük, güc və qələbə ideallarını təcəssüm etdirən bu abidə eyni zamanda hər bir Azərbaycanlının and yeridir.

Zəfər parkı, Zəfər tağı 200 ildə Azərbaycanın apardığı azadlıq mübarizəsinin rəmzidir, qalibiyyət və tərəqqi dövrünə açılan qapısıdır.

Azərbaycan Prezidenti İlham Əliyev: “Şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.

Zəfər günü xalqımızın qeyrət simvoludur. Bu tarixlə xalqımız öz taleyini dəyişdi, 2020-ci il noyabrın 8-də Şuşanı erməni vandallarından təmizləməklə biz öz torpaqlarımızı düşmən işğalından azad etdik və itkilər, məğlubiyyətlər dövrünün qələbələr, uğurlar mərhələsi ilə əvəzlənməsinin başlanğıcını qoyduq. 200 illik işğallar, deportasiyalar, soyqırımlar səhifəsi qapandı, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Dövlətimizin başçısı Zəfər parkındakı çıxışında onu da bəyan etdi ki, hazırda bəzi Qərb ölkələri Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Bu da məqsədli, planlı bir siyasətdir. Məqsəd Ermənistanın işğalçı ölkə obrazını unutdurmaqdır: “İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”. Əlbəttə, gerçəklikləri unutdurmaq və tarixi həqiqətləri təhrif etmək, saxtalaşdırmaq artıq çoxdan ermənilərin milli xüsusiyyətinə çevrilib. Lakin biz Ermənistan dövlətinin və onun Qərbdəki havadarlarının yaxın tariximizin gerçəkliklərini həyasızcasına təhrif etmək və ya unutdurmaq cəhdlərini iflasa uğratmaq üçün öz yaddaşımızı, tarix şüurumuzu daim diri saxlamalıyıq, unutqanlığa yol verməməliyik.

İlham Əliyevin Zəfər parkındakı çıxışı Ermənistana və onun Qərbdəki havadarlarına növbəti xəbərdarlıqdır. İndi Qarabağ torpağında separatçıların izi-tozunun da qalmadığını nəzərə çatdıran dövlətimizin başçısı İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrinin artıq Ermənistan rəhbərliyinin düzgün addımlar atması üçün kifayət etdiyini bildirdi. Lakin bununla yanaşı, dövlət başçısı onu da vurğuladı ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bunun Ermənistan dövləti üçün tam faciə ola biləcəyini söyləyən Azərbaycan Prezidenti növbəti dəfə Ermənistanı silahlanma siyasətindən əl çəkməyə, buna son qoymağa çağırdı.

Bizim indi quruculuq işləri ilə məşğul olduğumuzu diqqətə çatdıran və bunun bizim üçün əsas məsələ olduğunu vurğulayan Prezident İlham Əliyev həmçinin müharibə istəmədiyimizi də bir daha açıq mətnlə bəyan etdi: “Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar. Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur”.

Ölkəmizə qarşı çirkin qaralama kampaniyaları aparan bəzi Qərb dövlətlərinin və onların liderlərinin ünvanına haqlı olaraq sərt iradını bildirən Prezident İlham Əliyev bu dövlətlərin təkcə Azərbaycan xalqının deyil, Ermənistanın da əsas düşməni olduğunu bütün ermənilərin diqqətinə çatdırdı: “Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar”.

Azərbaycan isə öz yoluyla – Zəfər yolu ilə irəliləməyinə davam edəcək. Dövlət başçısının bəyan etdiyi kimi, “biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir”.

Həqiqət Ələkbərova Nizami rayonu 129 saylı məktəbin psixoloqu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://missiya.az
archiveBu xəbər 10 Noyabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri