Zəfər qazanan Füzuli bu gün dirçəliş yolunda
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Düzqışlaq kənd”, “Qarahəsənli kənd və “Xılxına kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, 17 oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında qürur, qəhrəmanlıq və milli birliyin təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsində əldə olunan mühüm tarixi qələbələrdən biri olmaqla, Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını bir daha nümayiş etdirdi.
Daha sonra çıxış edən natiqlər – şəhid anası Ofeliya Yolçuyeva və “Düzqışlaq kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Akif Kazımov bildiriblər ki, Füzulinin azadlığı uğrunda aparılan döyüşlərdə Azərbaycan hərbçiləri böyük şücaət göstərərək xalqımızın torpaq həsrətinə son qoyulması istiqamətində mühüm addım atdılar. Bu Zəfər dövlətimizin qətiyyətli siyasətinin, xalqımızın həmrəyliyinin və ordumuzun döyüş qabiliyyətinin parlaq nəticəsi idi. Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin fədakarlığı xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Oktyabr 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















