Icma.az
close
up
RU
Zəfər ruhu, Vətən sevgisi 8 Noyabr Azərbaycanda bayram ab havası ilə qarşılanıb

Zəfər ruhu, Vətən sevgisi 8 Noyabr Azərbaycanda bayram ab havası ilə qarşılanıb

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızın qəhrəmanlıq ruhunu və Vətən sevgisini əks etdirən silsilə tədbirlərdən biri keçirilib. Tədbiri psixoloq Nabat Mirzəyeva Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edib. Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə şəhid Abbas Musazadənin atası Natiq Musazadə və bədəninin 81% itirmiş qazi Vidadi Əliyev çıxış edərək Zəfər Gününün mənəvi əhəmiyyətindən danışıblar. Onlar Vətən uğrunda canından keçən qəhrəmanlarımızın və qazilərimizin xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

Ardınca gənc ifaçı Sübhan İbişli tarın müşahidəsi ilə “Qarabağ, Can Qarabağ” mahnısını ifa edib. Rəqs və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb. Leon Rəqs Qrupu və Leyla Babacanova “Azərbaycan ruhu” adlı rəqs kompozisiyasını təqdim ediblər. Elşən Hüseynov və Nağara ansamblının çıxışı, həmçinin səhnədə səslənən şeirlər tamaşaçılar vasitəsilə alqışlarla qarşılanıb. Xanəndə Əli Kamal “Azərbaycan” mahnısını ifa edib. Daha sonra Aysu Əzizli səhnəyə çıxaraq solo rəqsi ilə çıxış edib. Ardınca Real Rəqs Qrupu “Üzüm rəqsi”ni təqdim edib (rəqs tərtibatı - Leyla Babacanova).

Tədbirin bədii hissəsində saz ifaçısı Teymur Teymurovun çıxışı da böyük maraq doğurub. Gecənin sonunda “Vizual Art Təqdimatı” qurumunun nümayəndəsi, rəssam-dizayner-pedaqoq Könül Kərimova çıxış edərək Qarabağ mövzusunda görülən yaradıcılıq işlərindən danışıb. Zəfər Günü münasibətilə keçirilən bu tədbir iştirakçılarda qürur, vətənpərvərlik və birlik duyğularını bir daha gücləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri