Zəfər salnaməsinin parlaq səhifəsi
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Azərbaycanın şanlı Zəfər salnaməsində xüsusi yeri olan bölgələrimizdən biri də Qubadlı şəhəridir.
1993-cü il avqustun 31-də mənfur düşmən tərəfindən işğal edilən bu qədim yurd yeri təxminən 30 ilə yaxın müddət ərzində dağıdılmış, talan edilmiş və böyük ekoloji terrora məruz qalmışdır. Lakin Azərbaycan xalqının və ordusunun sarsılmaz iradəsi sayəsində 2020-ci ildə başlayan Vətən müharibəsi bu ədalətsizliyə birdəfəlik son qoydu. Qubadlı uğrunda gedən döyüşlər hərbi baxımdan olduqca mürəkkəb və strateji əhəmiyyətli bir əməliyyat idi, çünki düşmən ərazinin təbii relyefindən istifadə edərək orada güclü istehkamlar qurmuşdu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni faşizmindən tamamilə təmizləndi və üçrəngli bayrağımız yenidən doğma səmada dalğalanmağa başladı. Doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bu böyük qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək Qubadlı şəhərinin azad edilməsinin müharibənin gedişatına həlledici təsir göstərdiyini və qələbəmizi daha da yaxınlaşdırdığını xüsusilə vurğulamışdır. Bu parlaq qələbə Azərbaycan əsgərinin döyüş ruhunun, gücünün və sarsılmaz birliyinin əyani sübutu oldu.
Tarixi ədalətin bərpası və bu unudulmaz günün əbədiləşdirilməsi məqsədilə dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən hər il oktyabrın 25-i rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi təsis edildi. Bu əlamətdar tarix sadəcə bir ərazinin azad olunması deyil, həm də xalqımızın öz torpağına olan sevgisinin və milli qürurunun təntənəsidir. Artıq hər il oktyabrın 25-də bütün ölkədə və azad nəfəs alan Qubadlı torpağında bu müqəddəs gün böyük coşqu, iftixar və şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramla qeyd olunur.
Bu gün Qubadlıda cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti və rəhbərliyi altında Böyük Qayıdış strategiyasına uyğun olaraq çox genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Dağıdılmış infrastruktur yenidən qurulur, müasir yollar çəkilir, ağıllı kənd layihələri icra olunur və yeni yaşayış məhəllələri salınır. Uzun illər yurd həsrəti ilə yaşayan sakinlərin öz ata-baba torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıtması üçün bütün şərait addım-addım təmin edilir. Qubadlı şəhəri günü dirçəlişin, inkişafın və Azərbaycanın qüdrətinin rəmzi olaraq gələcək nəsillərə ötürülən ən böyük mənəvi mirasdır.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:Zəfər salnaməsinin Cəbrayıl səhifəsi
02 Oktyabr 2026 09:35
Zəfər salnaməsinin quruculuq səhifəsi
15 Oktyabr 2026 16:17
Zəfər salnaməsinin Qubadlı səhifəsi ŞƏRH
21 Oktyabr 2026 10:41
Qürur və Zəfər salnaməsinin yeni səhifəsi
16 Sentyabr 2026 13:04
İnkişaf salnaməsinin parlaq səhifəsi
30 Dekabr 2024 12:13
Baxış sayı:119
Bu xəbər 23 Oktyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















