Icma.az
close
up
RU
Zəfər tariximizdə özünəməxsus iz qoyan igid

Zəfər tariximizdə özünəməxsus iz qoyan igid

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Masallı rayonunun Mahmudavar kəndində boya-başa çatan Naib Akif oğlu Qasımov Vətən müharibəsində Azərbaycanın qəhrəman və igid oğlanlardan bir olaraq yağıya qan qusdurub. Döyüş meydanında 23 yaşında şəhadətə qovuşmaqla mənən əbədi yaşamaq üçün milyonların ürəyinə köçüb. Naibin qısa, olduqca şərəfli ömür yolu Vətəninə, torpağına əsl sevgi nümunəsidir.
Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, adı dillərdə dastana dönən şəhid Naib Qasımov 2004-2014-cü illərdə doğma kənd məktəbində təhsil alıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi xidmət edib. Son dərəcə mərd, cəsur, ağıllı bir gənc olaraq zabit və əsgərlərin sevimlisinə çevrilib. Vətən, torpaq sevgisi ilə qəlbi döyünən Naib həmin dövrdə bir neçə dəfə nümunəvi hərbi xidmətinə görə fəxri fərmanlarla təltif olunub. Zəfər tariximizdə özünəməxsus iz qoyan igid
Üzüağ əsgərlik həyatını başa vurandan sonra könüllü olaraq ordu sıralarında qalıb. 3 aylıq hazırlıq kursu keçib çavuş rütbəsində hərbi qulluqçu kimi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hissəsində xidmətini davam etməklə hər an erməni dığalardan qisas almaq üçün məqam axtarıb. .
Vətən torpağının hər qarışı uğrunda döyüşə hazır olan Naib 2016-cı ilin aprelində Lələ təpə uğrunda və 2020-ci ildə Tovuz vuruşunda yağıya öz yerini göstərə bilib. Bütün bunlara görə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Və bir daha Naib Qasımov Vətən torpaqların son qarışının yağı tapdağından azad olunacağı günədək döyüşəcəyinə and içib.
Vətən müharibəsi başlanan gündən Naib kəşfiyyatçı kimi həmişə öndə gedib, könüllü ən qaynar nöqtələrdə düşmənlə vuruşub. Göstərdiyi hünər, şücaəti dillərdən düşməyib, eləcə düşmənə vurduğu sarsıdıcı zərbələrin sayı bilinməyib. Məhz buna görə də elə döyüş səngərində baş çavuş rütbəsinə layiq görülüb.
Döyüş igidliyinə görə fərqlənən baş çavuş 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun bir neçə kəndinin azadlığı uğrunda tarix yazıb. Qaldı ki, Şəhid yoldaşlarını ağır müharibə meydanından çıxararkən başından aldığı qəlpə yarasından özü də şəhid olub. Oktyabrın 6-da doğulub boya-başa çatdığı Mahmudavar kəndində böyük izdihamla son mənzilə yola salınıb.
Axırda onu da bildirək ki, baş çavuş Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və digər medallar ilə təltif edilib.
Bəli, Naib Qasımov qısa bir ömür yaşadı, lakin müqəddəs amal- Vətən, millət yolunda canını qurban verməklə əbədiyyətə qovuşdu. Onun adını eşidəndə hər bir azərbaycanlı qürur hissi duyur. Qəhrəmanlığı sahəsində zəfər tariximizdə özünəməxsus iz qoyan Vətən sevdalısının 29 yaşı tamam oldu. Böyük sevgi, ehtiramla masallılar onun məzarını ziyarət edib, üstünə təzə güllərdən çələng hördülər.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyun 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri