Zəfər xronikası Düşmən geri çəkilməyə məcbur edilib
Modern.az saytına istinadən Icma.az xəbər verir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Modern.az Vətən müharibəsinin noyabrın 6-na olan xronikasını təqdim edir:
- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.
- Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partlayıb.
- Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.
- Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb. Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir.
- Düşmənin Göyarxdakı minaatanlarının darmadağın edilməsinin videogörüntüləri yayılıb. Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutub.
- Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb. Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilməsinin videogörüntüləri yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 Noyabr 2024 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















