Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Zəfər zirvəsi: Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə

Zəfər zirvəsi: Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uğurlu daxili və xarici siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olmuş, respublikamızın müstəqilliyini əbədi etmişdir. Məhz Ümummilli Liderin müdrikliyi, qətiyyəti, siyasi bacarığı və idarəçilik səriştəsi ilə xalqımızın milli birlik və həmrəyliyi təmin edilmişdir.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edilsə də, ölkədə xaos, anarxiya, silahlı toqquşmalar və siyasi böhran hökm sürürdü. Dövlət institutları iflic vəziyyətdə idi, hakimiyyət uğrunda silahlı mübarizə dərinləşirdi, Ermənistanın hərbi təcavüzü fonunda torpaqlarımız işğal altına düşmüşdü. Belə bir şəraitdə qurtuluş üçün xalqın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi.
1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş qarşıdurması təhlükəsi kulminasiya nöqtəsinə çatmışdı. Bölgələrdə separatizm meyilləri və dövlətin dağılmaq təhlükəsi reallığa çevrilmişdi. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz bu əlamətdar hadisə dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, ölkədə ictimai-siyasi sabitliyin bərpası və hüquqi dövlət quruculuğu istiqamətində qəti və ardıcıl işlər görülməyə başladı.
1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyev xalqın böyük etimadı sayəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun uzaqgörən və qətiyyətli liderliyi ilə ölkədə müasir dövlətçiliyin möhkəm təməlləri qoyuldu. Belə bir mərhələdə xalqın dəstəyinə əsaslanan güclü siyasi iradə ölkədə sabitliyin və inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildi. Qısa müddətdə hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirildi, bölgələrdə mərkəzi hakimiyyətin nüfuzu təmin edildi, dövlət idarəçiliyi isə sistemli və institusional əsaslarla yenidən quruldu.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft ehtiyatlarını dünya bazarına çıxarmaqla ölkənin iqtisadi imkanlarını artırdı. Bu müqavilə həm də dövlətimizin beynəlxalq nüfuzunu artırdı, həmin layihə nəticəsində ölkəyə investisiyalar cəlb olundu, yeni iş yerləri yaradıldı və regional əməkdaşlıq formatları formalaşdı.
Milli ordu quruculuğu Heydər Əliyevin müstəqil siyasətinin ən mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Vahid və güclü komandanlıq sisteminin yaradılması, həmçinin müasir və effektiv silahlanma proqramlarının həyata keçirilməsi sayəsində Azərbaycanın müdafiə qabiliyyəti artırıldı. Bu faktorlar milli təhlükəsizliyin və dövlət müstəqilliyinin möhkəmlənməsində əsas amil kimi uzunmüddətli sülh və sabitliyin təminatına xidmət edirdi.
1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin gərgin səyləri sayəsində ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu sənəd hüquqi dövlətin, vətəndaş cəmiyyətinin və demokratik institutların formalaşması üçün hüquqi baza yaratdı.
Dahi Lider Heydər Əliyevin enerji strategiyası Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrin reallaşdırılması ilə Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaqla yanaşı, ölkəmizi Cənubi Qafqazın strateji nəqliyyat qovşağına çevirdi. Bu layihələr, həmçinin regional sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Ulu Öndər Heydər Əliyev sosial siyasət sahəsində də ardıcıl islahatlar həyata keçirdi. Əmək haqlarının və pensiyaların artımı, əhalinin sosial müdafiəsi, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul olundu. Əsas məqsəd sosial ədalətin bərpası və əhalinin rifah səviyyəsinin yüksəldilməsi idi.
Heydər Əliyevin dövründə təhsil sahəsində idarəetmə islahatlarına başlanıldı. Yeni tədris proqramları, beynəlxalq əlaqələrin qurulması və gənclərin xaricdə təhsil imkanlarının genişləndirilməsi bu sahədə strateji yanaşmanı ortaya qoydu.
Ümummilli Lider gəncləri Azərbaycanın gələcəyi adlandırırdı. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, gənclər siyasətinə dair dövlət proqramlarının qəbul olunması və idmanın inkişafına xüsusi diqqət bu sahədə dönüş yaratdı. Azərbaycanın idman sahəsində beynəlxalq nailiyyətləri də məhz bu dövrdə əsası qoyulan siyasətin nəticəsi idi.
Heydər Əliyev tərəfindən yürüdülən xarici siyasət balanslı, milli maraqlara əsaslanan və beynəlxalq hüquqa hörmət prinsiplərinə söykənirdi. Azərbaycan həm İslam dünyası, həm də Qərb ilə münasibətlərini inkişaf etdirdi. Müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirdi. Beləliklə, Ulu Öndərin rəhbərliyi ilə 1993-cü ildən etibarən həyata keçirilən islahatlar nəticəsində tarixi Zəfərə aparan yolun təməli qoyuldu.
Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçərək tarixi nailiyyətlər qazanıb. 2020-ci ildə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad edib. 2023-cü ildə isə lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin tam suverenliyi bərqərar edilib.
Zəfər tariximizin ən mühüm və əlamətdar hadisələrindən biri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmiləşdirən sənəddir. Bəyannamə həm siyasi, həm də hərbi müstəvidə qarşılıqlı öhdəlikləri təsbit etməklə yanaşı, regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından yeni reallıqların əsasını qoymuşdur. Eyni zamanda, sənəd beynəlxalq münasibətlər sistemində Azərbaycan və Türkiyənin birgə maraqlar əsasında çıxış etdiyini, regional və qlobal çağırışlara yönəlik həmrəy mövqedə olduqlarını göstərir. Şuşa Bəyannaməsi müasir dövrdə türk dünyasının birliyinə və strateji tərəfdaşlıq modelinə nümunə olaraq digər dövlətlər üçün də uğurlu əməkdaşlıq formatı təqdim edir.
Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış bu sənəd sonrakı illərdə hər il 15 iyun tarixində təşkil olunan beynəlxalq tədbirlərlə daha da aktuallaşmışdır. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə reallaşan bu konfranslar dost ölkələr arasında əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi üçün mühüm platforma rolunu oynamışdır.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının qətiyyətli iradəsinin parlaq ifadəsi, dövlətçiliyimizin bərpasının əsas mərhələsi və şanlı zəfər yolunun başlanğıcıdır. Bu gün Azərbaycan qalib, müstəqil və nüfuzlu dövlət kimi misilsiz uğurlar əldə edir, regionda ədalətli və sülhyönlümlü siyasətin tərəfdarı olaraq yeni reallıqlar əsasında dünyada mövqeyini daha da möhkəmləndirir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyun 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri