Icma.az
close
up
RU
Zəfərdən suveren gələcəyə konfrans

Zəfərdən suveren gələcəyə konfrans

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən suveren gələcəyə” mövzusunda konfrans keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin məharətli sərkərdəlik qabiliyyətini, Azərbaycan Ordusunun rəşadətini, xalqımızın qüdrətini göstərdiyini bildirib. Vurğulayıb ki, tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi dünya hərb tarixində öz layiqli yerini tutur. Tarixi Zəfər Azərbaycanın yeni qələbələri üçün təməl yaradıb, qələbədən ötən beş il ərzində ölkəmiz yeni uğurlara imza atıb: “Vətən müharibəsi Azərbaycanın hər bir vətəndaşının, övladının torpaq uğrunda canından keçməyə hazır olduğunu sübut etdi. Vətən müharibəsindən dərhal sonra həmin ərazilərdə bərpa və quruculuq işlərinin başlaması bizim bu torpaqların əsl sahibi olduğumuzun əsas göstəricisi idi. Bu gün doğma Qarabağımıza həm də xalqımızın mədəniyyəti, təhsili, ədəbiyyatı qayıdır. Hər il “Xarıbülbül” beynəlxalq musiqi festivalının keçirilməsi, Şuşa şəhərində beynəlxalq forum və tədbirlərin təşkili, Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması bütün dünyaya bir nümunədir. Bu prosesdə qardaş türk dövlətləri də yaxından iştirak edir, məktəblərin və yaşayış komplekslərinin yaradılmasında öz dəstəklərini göstərirlər. Artıq Qarabağ öz sahiblərinə qovuşub, dirçəliş və çiçəklənmə dövrünü yaşayır”.

“Gənc Könüllülər” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Ayxan Allahverdiyev 30 il torpaq həsrəti ilə yaşayan xalqımızın artıq beş ildir ki, bütün dünyada, beynəlxalq tribunalarda öz mövqeyini qürurla müdafiə etdiyini qeyd edib: “Yeni reallıqlar dövrünü yaşayan Azərbaycanın müasir mərhələsinin memarı bugünkü gənclərimiz olacaq. Bunun üçün gənclər Qarabağda aparılan yenidənqurma və bərpa işlərində, yeniliklərin tətbiqində öz innovativ yanaşmaları ilə yaxından çıxış etməli və prosesin aktiv iştirakçılarına çevrilməlidirlər. Beynəlxalq tədbirlərdə tarixi Zəfərimizin düzgün təqdimi və təbliği gənclərin vətəndaşlıq borcu və vəzifəsidir. İnanıram ki, müqəddəs Qələbəni bizə yaşadan gəncliyimiz bunu əbədi edəcək və daim qoruyacaq”.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Aydın Hüseynov və Müşfiq Məmmədli, Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva, Vətən müharibəsi iştirakçısı Rahil Xəlilov Zəfərin beşinci ildönümünü suverenliyini tam bərpa etmiş ölkə kimi qeyd edən Azərbaycan xalqının bu gün çox xoşbəxt olduğunu qeyd ediblər.

Sonda BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Televiziyasının hazırladığı “Tarixin izi ilə - Zaman və Ali Baş Komandan” sənədli filmi nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri