Icma.az
close
up
RU
Zəfərdən dirçəlişə, dirçəlişdən gələcəyə ŞƏRH

Zəfərdən dirçəlişə, dirçəlişdən gələcəyə ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə xalqımızın milli qürurunu, dövlətimizin gücünü və ərazi bütövlüyümüzün bərpası istiqamətindəki qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Zəfərin təcəssümü olan əlamətdar tarixlərdən biri də 20 Noyabr – Ağdam Şəhəri Günüdür.

Otuz ilə yaxın müddətdə erməni işğalı altında qalan Ağdam 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarıldı. Bu hadisə yalnız bir rayonun azad olunması deyil, həm də tarixi ədalətin bərpası, doğma torpaqlarından didərgin düşmüş minlərlə insanın qayıdış ümidlərinin yenidən canlanması idi. Ağdamın azad olunması Azərbaycanın hərbi-siyasi qüdrətinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və xalqımızın sarsılmaz birliyinin mühüm nəticəsi kimi tarixə düşdü.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu tarix Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi və azad edilmiş torpaqlarımızda başlanan yeni həyatın təntənəsidir.

İşğal dövründə Ağdam şəhərinin böyük hissəsinin dağıdılması, tarixi-mədəni abidələrin, yaşayış evlərinin və sosial obyektlərin məhv edilməsi xalqımızın yaddaşında dərin iz buraxıb. Bir zamanlar həyatın qaynayıb-daşdığı şəhər xarabalığa çevrilsə də, ağdamlıların doğma yurda bağlılığı, qayıdış arzusu heç zaman sönmədi. Bu gün həmin arzular gerçəkləşir. Dağıntılar üzərində müasir şəhər salınır, tarixi irs bərpa edilir, yeni yollar, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər inşa olunur.

Ağdamın bugünkü mənzərəsi Zəfərin yalnız hərbi nəticə olmadığını, həm də böyük quruculuq və inkişaf mərhələsinin başlanğıcı olduğunu göstərir. Şəhərdə həyata keçirilən layihələr, bərpa olunan tarixi məkanlar, yaradılan yeni iqtisadi və sosial imkanlar Azərbaycanın işğaldan azad edilmiş əraziləri dirçəltmək əzmini nümayiş etdirir.

Qazanılmış tarixi Qələbənin ən mühüm nəticələrindən biri də doğma torpaqlarından didərgin düşmüş insanların öz yurdlarına qayıtmasıdır. Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərində və rayonun kəndlərində genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma işləri davam etdirilir.

Ağdam şəhərinin Baş Planına uyğun olaraq burada müasir şəhərsalma prinsipləri tətbiq edilir. 2040-cı ilədək inkişafı nəzərdə tutulan şəhərdə beş yaşayış məhəlləsinin salınması, geniş ictimai məkanların, parkların, təhsil və səhiyyə müəssisələrinin yaradılması planlaşdırılır. Şəhərin gələcəkdə 100 min nəfər əhalinin yaşayacağı böyük və müasir yaşayış məntəqəsinə çevrilməsi nəzərdə tutulur.

Məskunlaşma yalnız yeni evlərə köçməkdən ibarət deyil. Əsas məqsəd insanların doğma torpaqlarında təhlükəsiz, rahat və dayanıqlı həyat şəraitinin təmin olunmasıdır. Bunun üçün iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin təşkili, sahibkarlığın inkişafı, kənd təsərrüfatı imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Ağdamda həyata keçirilən infrastruktur layihələri bu məqsədlərə xidmət edir. Bərdə-Ağdam avtomobil yolunun, Ağdam dəmir yolu və avtovağzal kompleksinin, elektrik yarımstansiyasının istifadəyə verilməsi, digər mühüm kommunal və kommunikasiya layihələrinin reallaşdırılması rayonun ölkənin iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir.

Bununla yanaşı, Ağdamın turizm imkanları yalnız hotelçiliklə məhdudlaşmır. Gələcəkdə burada tarixi-mədəni, maarifləndirici, ekoturizm və aqroturizm istiqamətlərinin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Rayonun kəndlərinin bərpası, kənd təsərrüfatının inkişafı və yeni istehsal sahələrinin yaradılması da bu prosesə əlavə stimul verə bilər.

Turizm infrastrukturunun inkişafı Ağdamın iqtisadi həyatına yeni dinamika gətirməklə yanaşı, yerli əhali üçün əlavə məşğulluq imkanları yaradacaq. Xidmət, nəqliyyat, ictimai iaşə, mehmanxana və digər sahələrdə yeni iş yerlərinin açılması rayonun sosial-iqtisadi inkişafını sürətləndirəcək.

Bu gün Ağdam keçmişin ağrılarını geridə qoyaraq gələcəyə inamla addımlayır. Şanlı Zəfərlə başlanan yeni mərhələ şəhərin simasını dəyişir, kəndlərə həyat qayıdır, iqtisadi və turizm infrastrukturu formalaşır. Hər yeni tikili, hər abad küçə, hər açılan müəssisə Ağdamın dirçəliş tarixinin növbəti səhifəsidir.

20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında azadlığın, qayıdışın və yenidən doğuluşun rəmzi kimi yaşayacaq. Bu gün biz yalnız qazanılmış Qələbəni deyil, həmin Qələbənin bəhrəsi olan quruculuq və inkişaf yolunu da qeyd edirik.

Ağdam yenidən qurulur, ağdamlılar doğma yurdlarına qayıdır, şəhər öz əvvəlki şöhrətinə qovuşmaqla yanaşı, müasir inkişafın yeni nümunəsinə çevrilir. Əminliklə demək olar ki, gələcəkdə Ağdam yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın inkişaf edən, iqtisadi və turizm potensialı ilə seçilən şəhərlərindən biri olacaq.

Zəfərin əbədiləşdiyi, ümidlərin gerçəkləşdiyi, həyatın yenidən canlandığı Ağdamın yolu daim tərəqqiyə doğrudur!

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri