Icma.az
close
up
RU
Zəfərə, ədalətin bərpasına gedən yol... Bayram Aslanov yazır

Zəfərə, ədalətin bərpasına gedən yol... Bayram Aslanov yazır

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən, Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən Vətən müharibəsi müasir Azərbaycan tarixində çox vacib bir mərhələnin başlanğıcı oldu. 44 günlük müharibədə qəhrəman oğullarımız öz həyatlarını Vətəninə qurban verərək xalqımıza bu qələbə sevincini yaşatdılar, 30 illik həsrətə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdilər. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan hökuməti 2020-ci il 27 sentyabrın səhər saatlarında Azərbaycana qarşı hücuma keçdi. Mənfur planlarını həyata keçirmək, yeni torpaqları işğal etmək məqsədilə düşmən hərbi obyektləri, mülki əhalini hədəfə aldı.

Təcavüzkar hökumətin diktatura rejimi öz əsl xislətini göstərməkdən çəkinmədi. Bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistan hökuməti, nəinki bölgədə, Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə olduğunu bir daha nümayiş etdirdi. Ermənistanın faşist xislətli silahlı birləşmələrinin Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, əzəli-əbədi torpaqlarımızda təxribat törətməsi, dinc sakinlərə atəş açması dünya ictimaiyyətinin gözü önündə baş verdi.

2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Şanlı Ordumuzun dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyatı dillərə dastan oldu. 44 günlük Vətən müharibəsi doğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi. Ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır, nida işarəsi” birdəfəlik təsdiq edildi. Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi ilə Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına son qoyuldu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq.

Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.” Azərbaycanın tarixi zəfəri ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində reallaşdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycanın Dövlət-Xalq-Ordu birliyi sayəsində işğalçı Ermənistanın, mənfur düşmənin sinsi-sinsi həyata keçirdiyi təcavüzkar, məkrli planları alt-üst oldu. Rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi.

Qarabağımıza qalib sərkərdə kimi qədəm qoyan Müzəffər Ali Baş Komandan müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, əzəli, əbədi torpaqlarımıza sahib çıxdı. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı birdəfəlik puç oldu, düşmənin qondarma xunta rejimi məhv edildi. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın həmrəyliyi nəticəsində işğal altındakı bütün kənd və qəsəbələrimiz düşmən tapdağından azad edildi. Üçrəngli Azərbaycan bayrağı işğaldan azad edilən torpaqlarda dalğalandı. Bir daha dünyaya sübut edildi ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır.

Ən əsası isə qalib Prezidentimizin vurğuladığı kimi: “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”. Bu gün şəhidlərimizin ruhu şaddır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan suverenliyini tam bərpa edib, bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Beş ildir ki, xalqımız böyük zəfər ilə başa çatan 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr - Anım Gününü qeyd edir, həyatını Vətəninə qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla anır.

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri