Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Zəfərə gedən yolun qəhrəmanı: “Həzi Aslanov kimi general olacağam”

Zəfərə gedən yolun qəhrəmanı: “Həzi Aslanov kimi general olacağam”

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beş il əvvəl bu gün başlayan Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edərək tarixi zəfərə imza atıb. Bu Zəfərin arxasında minlərlə qəhrəmanın qanı, canı dayanır.

Hər bir şəhid bu torpağın yaddaşına qəhrəmanlıq dastanı kimi yazılıb. Onlardan biri də Vətən Müharibəsi Qəhrəmanı, mayor Amid Rəbbil oğlu Heydərovdur.

Amid 20 may 1988-ci ildə Lerikdə dünyaya göz açıb. Uşaqlıqdan hərbiyə böyük marağı vardı.  Məktəbdə əlaçı idi, amma qətiyyətlə hərbi yolla getmək istədi. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək zabit kimi xidmətə başladı.

2016-cı ilin Aprel döyüşlərinə baş leytenant kimi qatıldı. Qəhrəmanlığına görə vaxtından əvvəl kapitan rütbəsi alıb. 2020-ci ilin mayında mayor rütbəsi verilərək Füzulidə hərbi hissə komandiri təyin olunub.

Vətən müharibəsi başlayan andan ön cəbhədə olub. Tankçı mayor Amid Heydərov Cəbrayılın 8 kəndinin azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. Oktyabrın 3-də Nuzugar kəndində ağır döyüşlər zamanı şəhid olub.

Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Amid Heydərovun xatirəsini əbədiləşdirmək üçün 09 dekabr 2021 ci il tarixli sərəncama əsasən Amid Heydərov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verib.

Modern.az Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amid Heydərovun atası Rəbbil Heydərovla həmsöhbət olub.

“O bizim üçün hər zaman əzizdir, xatirəmizdədir. Oğlum yaddaşımızda hərbçi kimi qalıb”.

O söyləyib ki, Amid uşaqlıqdan hərbiyə böyük maraq göstərirdi.

“Tez-tez deyirdi: “Mən də Həzi Aslanov kimi general olacağam”. Dərslərini də yaxşı oxuyurdu, məktəbi əla qiymətlərlə bitirdi. O, bu peşəni sevərək seçmişdi – çalışqan, vətənə bağlı bir övlad idi.

Torpaqlarımız işğal olunanda ona dedim ki, “Sən yaxşı oxuyursan, başqa məktəbə get, hərbiyə girmə”. O isə qətiyyətlə cavab verdi: “Mən getməyim, başqası getməsin, bəs kim gedəcək? Mən hərbiyə gedəcəm və torpaqlarımızı azad edəcəyik”.

"Qarabağı biz azad edəcəyik”…

Şəhid atası Amidin yaddaşlarda bu sözlə qaldığını da deyir.

“Müharibə yeni başlamışdı. Mən rayonda komissarlıqda idim, çoxlu adam var idi. Səhəri gün Amid mənə saat 12-də zəng etmişdi. Telefon danışığından hiss olunurdu ki, açıq havadadır. Soruşdum: “Müharibəyə gedirsiniz?” – “Hə” dedi və telefonu söndürdü. Sonra, oktyabrın 3-də artıq şəhid olduğu xəbəri gəldi. Komissarlıqdan soruşanda mənə heç nə demədilər, amma bilirdilər. Amidin döyüş yoldaşlarından biri isə mənə zəng edib ağlayaraq dedi: “Biz Amidi itirdik…”

Ən böyük arzusu Qarabağı azad görmək idi...

O həmçinin bildirib ki, Amid çox ailəcanlı, ailəsini, uşaqlarını çox sevən biri olub:

“Amma ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Deyirdi ki, erməni işğalçıları bizim torpaqlardan qovulmalı, biz azadlığa qovuşmalıyıq. Prezidentimizi çox istəyirdi. Ali Baş Komandan televiziya ilə çıxış edəndə evdə hər kəs səssiz olmalıydı”.

Amid, sanki qələbəni lap əvvəldən hiss edirdi...

“Hər bir valideynin arzusu övladının yanında olması, öləndə isə heç olmasa onun tabutunun önündə getməsidir. Ən ağır dərd isə odur ki, övlad tabutun içində, valideyn isə onun arxasında getsin… Mənim Amidə olan arzularım çox idi. Onun hərbi sahədə böyük nailiyyətləri vardı, irəli gedirdi. Mən istəyirdim ki, oğlum tanınsın, yüksəkliklərdə olsun. Beləcə, o, şəhadətinə qovuşdu…”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri