Icma.az
close
up
RU
Zəfərimiz Azərbaycan xalqının əzmini dünyaya nümayiş etdirən tarixi hadisədir ŞƏRH EDİLDİ

Zəfərimiz Azərbaycan xalqının əzmini dünyaya nümayiş etdirən tarixi hadisədir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan xalqı 8 Noyabr Zəfər Gününü yalnız hərbi qələbə olaraq deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun və dövlətçilik iradəsinin təntənəsi kimi qeyd edir. Eləcə də, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi və Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması bu günün dərin mənəvi-siyasi məzmununu formalaşdırır. Heç şübhəsiz ki, qələbəmiz sadəcə bir savaşın nəticəsi deyil, eyni zamanda Azərbaycan dövlətinin siyasi iradəsinin, ordusunun peşəkarlığının və xalq-dövlət birliyinin parlaq göstəricisidir. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında vahid məqsəd uğrunda birləşdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasi strategiyası, müdrik diplomatik addımları və informasiya müharibəsindəki qətiyyətli mövqeyi sayəsində hərbi cəbhədəki uğurlar diplomatik müstəvidə də möhkəmləndirildi: "Bu siyasətin nəticəsində Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləmdə qəbul olundu, regionda yeni geosiyasi reallıq formalaşdı və ölkəmiz Cənubi Qafqazın əsas təhlükəsizlik dayaqlarından birinə çevrildi. Zəfər günü eyni zamanda post-müharibə mərhələsinin başlanğıc nöqtəsi olaraq da qeyd edilə bilər. Digər tərəfdən isə Azad edilmiş ərazilərimizdə həyata keçirilən “Böyük Qayıdış” proqramı, şəhərsalma və infrastruktur layihələri, ağıllı kənd və şəhər konsepsiyaları Azərbaycanın yenidənqurma və sülh quruculuğu modelini formalaşdırır. Bu proses yalnız iqtisadi dirçəliş deyil, eləcə də dinc inkişaf, regional əməkdaşlıq və ədalətli sülhün möhkəmləndirilməsi məqsədi daşıyır. Beləliklə də, Azərbaycan öz Zəfərini revanşizm vasitəsinə deyil, sabitliyin və tərəfdaşlığın təməl prinsipinə çevirib.

Hərkəsə məlumdur ki, Vətən müharibəsindəki üstünlüyümüz təsadüfi amillərlə deyil, sistemli hərbi modernləşmə, texnoloji yenilənmə və strateji düşüncə ilə təmin edilib. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan ordusu müharibə zamanı müasir döyüş texnologiyalarını inteqrasiya edən model tətbiq etdi. Dron və pilotsuz uçuş aparatlarının kəşfiyyat və zərbə əməliyyatlarında istifadəsi hərbi əməliyyatların taktiki gedişatını köklü şəkildə dəyişdi. Türkiyə istehsalı olan Bayraktar TB2 dronları, İsrailin kamikadze sistemləri və kəşfiyyat avadanlıqları düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxardı və ordunun hərəkət planlarını iflic etdi. Bu da öz növbəsində klassik müharibə üsullarından fərqli olaraq, “ağıllı müharibə” modelinin regional miqyasında ilk tətbiqi kimi tarixə düşdü. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müasir komanda-idarəetmə sistemi və operativ qərarvermə mexanizmi ilə fərqləndiyini aydın şəkildə ifadə etmək mümkündür. Müharibə zamanı döyüş əməliyyatları mərkəzləşdirilmiş şəkildə koordinasiya olunur və kəşfiyyat məlumatları dərhal təhlil edilərək əməliyyatlara tətbiq edilirdi. Şübhəsiz ki, bu taktiki çevikliyin və dəqiqliyin təminatına çevrilən önəmli məqamlardan biridir.

Onu da mütləq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan əsgəri Vətən uğrunda döyüşün mənəvi motivasiyası ilə yüksək birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində mütləq qələbə qazanmağa müvəffəq oldu. Şəhidlik ideyasına sadiqlik, xalq-dövlət birliyi və xalqın ordusuna sonsuz dəstəyi döyüş meydanında mənəvi qələbəni təmin edən əsas təsiredici məqamardır. Azərbaycan yalnız hərbi deyil, həm də informasiya və diplomatik cəbhədə də üstünlük qazandı. Dövlətimizin beynəlxalq hüquq normalarına əsaslanaraq ərazi bütövlüyümüzü bərpa etmək üçün atdığı bütün addımlarda xarici təzyiqlərlə təkbaşına mübarizə apararaq suveren qərarvermə prinsipindən heç vaxt geri çəkilmədi. Eyni zamanda, informasiya təhlükəsizliyi sahəsində aparılan məqsədyönlü işlər dezinformasiya cəhdlərinin qarşısını aldı və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına şərait yaratdı. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Zəfər günü sadəcə bir tarix deyil, Azərbaycanın yeni mərhələyə qədəm qoyduğu, milli ruhun və dövlətçilik ideyasının zirvəyə ucaldığı gündür. Bu gün milli həmrəyliyin, qürurun, suverenliyin və gələcəyə inamın rəmzidir. Zəfərimiz Azərbaycan xalqının əzmini və dövlətimizin müdrikliyini dünyaya nümayiş etdirən tarixi hadisədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri