Icma.az
close
up
RU
Füzulinin bərpası Azərbaycanın Qarabağdakı quruculuq əzmini dünyaya nümayiş etdirir

Füzulinin bərpası Azərbaycanın Qarabağdakı quruculuq əzmini dünyaya nümayiş etdirir

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsinin 5-ci ili tamam olur. Füzuli şəhərinin azad olunması Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı strateji uğurlardan biridir. Belə ki, bu hadisə yalnız hərbi qələbə deyil, həm də psixoloji üstünlük olmaqla, müharibənin gedişinə əhəmiyyətli dərəcədə təsirini göstərdi, xalqımızın zəfər ovqatını daha da yüksəltdi.

Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də işğal olunmuşdu. 1994-cü ilin yanvar ayında isə xalqımızın Ulu Öndəri Heydər Əliyevin yenidən qurduğu Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində uğurlu əks-hücum əməliyyatları keçirmiş, 22 yaşayış məntəqəsini, o cümlədən Horadiz qəsəbəsini işğaldan azad etmişdi.

Xalqımız torpaqlarımızın azad olunmasına inamını heç vaxt itirmədi. O cümlədən Füzuli ictimayyəti əmin idi ki, doğma rayonları düşməndən mütləq geri alıncaq. Prezident İlham Əliyev hələ 2016-cı il noyabrın 12-də Füzuli rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılış mərasimində demişdi:


«Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq».


44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin bu sözlərinin təsdiqinə çevrildi. 2020-ci il sentyabrın 27-də başlanan bu savaş ilk gündən torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Suqovuşanın, Cəbrayılın, Hadrutun ardınca, Füzuli şəhərinin də işğaldan azad edilməsi ordumuzun Vətən müharibəsindəki növbəti hərbi zəfəri oldu.


Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindəndir. Qeyd edək ki, hələ atəşkəs dövründə düşmən Füzuli rayonunda mürəkkəb və bir neçə mərhələli müdafiə qurğuları yaratmış, döyüş mövqelərini çoxsaylı istehkamlarla möhkəmləndirmişdi. Lakin qəhrəman ordumuz Vətən müharibəsinin ilk saatlarından Füzuli rayonu istiqamətində cəbhə xəttini yarmış, ermənilərin fəxrlə keçilməz hesab etdirkləri və «Ohanyan səddi» adlandırdıqları istehkamları və möhkəmləndirilmiş müdafiə qurğularını döyüşlərin ilk saatlarında düşməndən təmizləmişdi. Təsadüfi deyil ki, Füzulinin Qaraxanbəyli, Qərvənd, Horadiz və Aşağı Əbdürrəhmanlı kəndləri Vətən müharibəsinin ilk azad olunan yaşayış məntəqələridir.


«Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq» -deyə Prezident İlham Əliyev bildirib.

2020-ci il oktyabr ayının 17-də Füzuli şəhəri uğrunda döyüşlərdə isə ordumuzun şücaəti qarşısında davam gətirə bilməyən düşmən silahını yerə qoyub qaçmışdı. Prezident İlham Əliyevin həmin gün xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin və Füzuli şəhərinin işğaldan azad olunduğunu bəyan etməsi Azərbaycan xalqının Zəfər ovqatını daha da gücləndirdi, düşmənin tam məğlub ediləcəyi tarixin uzaqda olmadığını göstərdi. Şəhərin azad olunması ordumuza yeni strateji üstünlük qazandırdı ki, bu da növbəti hücum əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdi.


Hazırda işğaldan azad edilən digər rayonlarımız kimi Füzuli rayonu da böyük tikinti və quruculuq meydanını xatırladır. Öncə onu qeyd edək ki, Füzuli cənab Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində ən çox olduğu rayonlardandır. Dövlət başçısının bura hər gəlişi isə təməlqoyma və ya açılış mərasimləri ilə əlamətdar olub. İşğaldan azad edilən rayonlarda ilk və həm də nəhəng infrastruktur layihələrinin icrası da Füzulidən başlayıb. Belə ki, 2020-ci il noyabr ayının 16-da Füzuliyə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün rayonda 101 km-lik Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlini qoymuşdu. 2021-ci ilin yanvar ayında isə rayonda 81,7 km-lik Əhmədbəyli-Füzuli-Şuşa yolunun, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməlləri qoyulmuşdu. Zəfər yolunun və Füzuli Beynəlxalq Hava Limanının inşası 2021-ci ildə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi isə 2025-ci ilin iyulunda başa çatdırıldı. Bu nəhəng infrastrukturları Azərbaycan dövləti özünün daxili imkanları hesabına yaratdı və bütün bunlar dövlətimizin qüdrətinin, işğaldan azad olunan ərazilərimizi bərpa etmək əzminin təcəssümünə çevrildi.


Ümumilikdə isə Füzuli rayonunun quruculuğu kompleks məzmun daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Belə ki, indiyə kimi rayonda qeyd edilən infrastrukturlarla yanaşı, Füzuli-Hadrut yolu, 110/35/10 kilovoltluq “Füzuli” yarımstansiyası istifadəyə verilib. Həmçinin Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin və Köndələnçay su anbarının açılışı olub. Füzuli şəhərində peşə liseyinin, 180 çarpayılıq xəstəxananın, idman kompleksinin, 240 yerlik uşaq bağçasının, eləcə də rayon ərazisində Ağdam-Füzuli yolunun inşası davam edir.


Füzuli şəhərinin bərpasına dost Özbəkistan və Qazaxıstan dövlətləri də öz töhfələrini veriblər. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Qazaxıstan tərəfindən isə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Həm orta məktəb, həm də Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycanla Özbəkistan və Qazaxıstan arasındakı dostluğun rəmzini təcəssüm etdirir.


2023-cü il avqustun 18-dən isə Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanılıb və bu proses artan templə davam edir. Bu vaxta kimi şəhərə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda Füzuli rayonunda ümumiliklə 22 min nəfərin yaşaması planlaşdırılır.


Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Bəli, biz artıq Füzulinin işğalı tarixini deyil, işğaldan azad olunduğu tarixi böyük qürurla qarşılayırıq. 17 oktyabr tarixinin Füzuli şəhəri günü kimi müəyyən olunması həm siyasi-mənəvi, həm də xalqımızın qələbə irsinin gələcək nəsillərimizə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.


Qeyd edək ki, Füzuli rayonunda bərpa və quruculuq işləri kəndləri də əhatə edir. Dövlətyarlı kəndi «Ağıllı kənd» konsepti ilə bərpa olunur. Eləcə də indiyə kimi Dədəli, Cuvarlı, Qoçəhmədli, Qarğabazar, Pirəhmədli və Qaraxanbəyli kəndlərinin təməlləri qoyulub. Tezliklə bu kəndlərin hər biri doğma sakinlərini qarşılayacaq.


Füzuli rayonu işğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmış, yerlə yeksan olunmuşdu. Bu gün isə Prezident İlham Əliyevin qətiyyəti ilə bu rayon yenidən qurulur, doğma sakinlərinə qucaq açır. Füzuli öz dirçəlişi ilə həm də Azərbaycan dövlətinin qüdrətini və işğaldan azad edilmiş ərazilərimizdəki quruculuq əzmini dünyaya nümayiş etdirir.


Xanlar Fətiyev

Milli Məclisin deputatı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://missiya.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri