Icma.az
close
up
RU
Zəfərimizə həsr olunmuş ilkin resurslar informasiya mənbəyi kimi

Zəfərimizə həsr olunmuş ilkin resurslar informasiya mənbəyi kimi

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vətən müharibəsindəki zəfərimizə həsr olunmuş müxtəlif informasiya resursları vardır. Zəfərimizə həsr olunmuş informasiya resurslarının 2 növü vardır: ilkin informasiya resursları və ikinci dərəcəli informasiya resursları.

Vətən müharibəsindəki zəfərimizə həsr olunmuş informasiya resurslarının inkişafında çap olunmuş ilkin sənədlərin mühüm rolu vardır. Belə ilkin nəşrlərdən biri “Qarabağ dastanı: 30 ilin həsrəti – 44 günün zəfəri” kitabıdır. İdeyanın müəllifi yazıçı Anar, redaktoru və ön sözün müəllifi Rəşad Məciddir. Kitab 2021-ci ildə 528 səhifədən ibarət olmaqla “Təhsil” nəşriyyatında çapdan çıxmışdır. Kitabın əvvəlində ilk olaraq Ali Baş Komandanımız, möhtərəm prezidentimiz İlham Əliyevin şəkli verilmiş, altında “Qarabağ Azərbaycandır və nida işarəsi” yazılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərindən burada nümunələr verilmişdir. Məsələn, 4 oktyabr 2020-ci il müraciətindən:

“Əziz həmvətənlər, bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və digər işğal edilmiş ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm.”

9 oktyabr 2020-ci ildə, 17 oktyabr 2020-ci ildə, 20 oktyabr 2020-ci ildə, 26 oktyabr 2020-ci ildə, 8 noyabr 2020-ci ildə, 20 noyabr 2020-ci ildə, 25 noyabr 2020-ci ildə, 15 yanvar 2021-ci ildə və s. qeyd etdiyimiz tarixlərdə möhtərəm prezidentimizin müraciətləri öz əksini tapmışdır.

16 mart 2021-ci ildə möhtərəm prezidentimiz deyir:

“Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq, deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik, deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik.”

Yeri gəlmişkən vurğulayaq ki, 2021-ci il Qarabağda Şuşa “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. Möhtərəm prezidentimiz qeyd edir ki, bu, tarixi hadisədir, bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik: “İnşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək” və bu gün gəldi, 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa, sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

Ümumilikdə isə prezidentimiz İlham Əliyevin 11 müraciəti burada öz əksini tapmışdır. Azərbaycanın vitse-prezidenti, birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva ilə şəkli verilmişdir. Yazılıb ki, Şuşada Cıdır düzündə Novruz tonqalı. Sonra gəlir:

“Azərbaycanı bəlalardan qurtaran Ulu Öndərin oğlu, Qarabağ zəfərinin atası, qəhrəman ordumuzun Ali Baş Komandanı, ərazi bütövlüyü bərpa olunmuş Vətənimizin hörmətli prezidenti, böyük tarixi qələbəmiz münasibətilə Sizi təbrik edir, Sizə təşəkkür edirik. Biz – sözlə işləyən yazıçılar bu gün sevincimizi, fərəhimizi ifadə etməyə söz tapmırıq. Eşq olsun müzəffər ordumuza!

Var olsun xalqımız!

Qarabağ bizimdir, bizim qalacaq. Qarabağ – Azərbaycandır!

Hörmətlə:

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar,

Birliyin birinci katibi Fikrət Qoca,

Katibləri Çingiz Abdullayev,

Rəşad Məcid,

İlqar Fəhmi

10 noyabr 2020-ci il.”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva:

“Əziz qardaşlar və bacılar! Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik. Azərbaycan xalqının igid oğulları zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.

Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!

Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq, onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!

Sizin Mehriban, 15.10.2020.”

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. İşğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazılar Azərbaycanın böyük zəfərinin əbədiləşdirilməsinə qələm adamlarının töhfəsidir. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, unudulmaz duyğular, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb.

Rəşad Məcidin “Şuşa havasının əritdiyi nisgil” adlı ön sözü, daha sonra “Qarabağ – doğma yurdum” bölməsi (11 şəxsin yazısı), “Qarabağ sənət yaddaşımızda” (5 yazı), “Yaddan çıxmaz Qarabağ”, Mehriban Vəzirin “Qarabağın məşhur xanımları”, Nisgil Ümidin “Zəfər ədəbiyyatına” bölməsi (Kamal Abdulla, Sabir Rüstəmxanlı, Günel Anarqızının yazıları), “Qarabağ: dostlar və düşmənlər” (4 yazı), “Şeir çələngi” (67 şairin şeirləri), “Anar. Ötən günlərin yazıları” (3 yazı), “Anar. Zəfər günlərinin yazıları” (5 yazı) və “Zəfərdən sonra” bölmələri yer alır.

“Qarabağ – doğma yurdum” bölməsində Elçinin “Şuşanın dağları başı dumanlı”, Aqil Abbasın “Evimi sökə bilərsən, torpağımı yox”, Rəşad Məcidin “Qorxu”, Elçin Hüseynbəylinin “Xiffət... Lənət və sevgi”, Nəsiman Yaqublunun “Xatirələrimdə yaşayan Zəngilan”, Ramiz Rövşənin “Qapısız açarlar”, Şirindil Alışanlının “Su səltənəti Laçın”, Rəşad Məcidin “Gecikmiş Ağoğlan bələdçiliyim”, Aqil Cəmilin “Tanrının Kəlbəcər möcüzəsi”, Jalə Əliyevanın “Əziz Kəlbəcər, sən azadsan”, Ələmdar Cabbarlının “Qarşıda” və s. verilmişdir.

Zəfərimizdən bəhs edən kitablar artdıqca gələcəkdə ikinci dərəcəli resursların yaradılması üçün mənbə rolunu oynamaqla, informasiya istifadəçilərinin təminatına xidmət edir.

SADIQOVA SOLMAZ AZAY

Bakı Dövlət Universiteti, İnformasiya və sənəd menecmenti fakültəsinin, Sənəd menecmenti kafedrasının dosenti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri