Icma.az
close
up
RU
Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi FOTO

Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Vəsimə İsmayılqızının Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan “Zəfər kitabı” seriyasından çapdan çıxmış “Zəfər Kitabı. Şuşa”, “Zəfər Kitabı. Goranboy” və “Zəfər Kitabı. Beyləqan” nəşrlərinin təqdimatı olub.

Redaktor.az xəbər verir ki, hər üç nəşrin məsləhətçisi Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında bu kitabların Vətən müharibəsindən bəhs etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin əbədiləşdirilməsində əhəmiyyətindən söz açıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və Azərbaycan yeni tarix yazıb.

Kitabların redaktorları Əməkdar müəllim İsgəndər Səklikov və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu nəşrlərin əmələ gəlməsi prosesindən danışıblar. Bildirilib ki, kitablarda Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi xüsusilə vurğulanıb. Həmçinin bu kitablar oxucuda ordumuzun döyüş yolları haqqında geniş təsəvvür yaradır.

Tədbirdə Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy, “Ədalət” qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, şair Kəmalə Abıyeva, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair Güləmail Murad, “Goranboy” Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Əli Şəfiyev, Nağı Əsgərov və digərləri çıxış edərək kitabların tarixi əhəmiyyətindən və vətənpərvərlik hissinin formalaşmasında rolundan danışıblar.

Bildirilib ki, çoxcildlik ölkəmizin hər regionuna həsr olunmuş bir cilddən və ümumiləşdirilmiş xüsusi cilddən ibarətdir. Hər cilddə Vətən müharibəsinin mahiyyəti, gedişi, Zəfər və onun xronikası təsvir, təhlil və təqdim olunur.

Hər kitabda cildin həsr olunduğu bir rayonun, respublika tabeli bir şəhərin Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi şəhidlərindən, onların döyüş yolundan, dövlət tərəfindən təltif edilməsindən söz açılır.

Bütün cildlər standart formatda və tərtibatda, ensiklopedik toplu meyarlarına uyğun, xronoloji ardıcıllıqla qələmə alınıb.

Hər üç kitabın məsləhətçiləri və “Ön söz”ün müəllifləri Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ictimai-siyasi xadim və ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri