Icma.az
close
up
RU
Zəfərimizi əks etdirən yeni simvolumuz Zəfər parkımız

Zəfərimizi əks etdirən yeni simvolumuz Zəfər parkımız

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Azərbaycan Zəfər bayramını qeyd edir, onun sevincini, qürurunu yaşayır. Ötən 4 ildə həmişə başı uca, dili uzun gəzdik. Bizə bu hissləri yaşadanları hörmət və ehtiramla xatırladıq. Bu bir ömür belə də olacaq. Bakıda Zəfər parkının açılması və cənab Prezidentin ailə üzvləri ilə birlikdə bu sevincə qoşulması, buradan xalqımıza müraciəti isə çox tarixi və önəmli bir hadisə kimi yaddaşlara yazıldı. Cənab Prezident müraciətində dedi ki, “Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.

Dəqiq bir təhlil və qəhrəmanlıq bahasına əldə edilən Qələbənin ən incə məqamları var bu kəlmələrdə. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində hər zaman verdiyi vədə sadiq olub. Vətən müharibəsindən əvvəl ictimaiyyət nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızın nəyin bahasına olursa-olsun azad ediləcəyini, Qarabağın qaytarılacağını, ərazi bütövlüyümüzün bərpa olunacağını, şəhidlərimizin qisasının alınacağını bildirib. Dövlətimizin başçısında bu əminlik təsadüfi deyildi. Çünki bu məsələdə haqq-ədalət bizim tərəfimizdə idi. Düşmən ötən əsrin 90-cı illərində Azərbaycanda yaşanan xaos və hakimiyyətsizlikdən istifadə edib əzəli-əbədi ərazilərimizi ələ keçirmişdi. Düzdür, bütün dünya Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması vurğulansa da, Ermənistan işğalçı əməllərindən əl çəkmirdi, ordusunu torpaqlarımızdan geri çəkmirdi, bu azmış kimi daim təxribatlar törədirdi. Tapdaq altında saxladığı ərazilərimizdə qanunsuz məskunlaşma aparırdı. Halbuki, bu, hərbi cinayət idi. Cənab Prezidentin dediyi kimi “İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televiziyalarında hansı reportajlar gedirdi. Xaricdən - Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər. Deyirdilər ki, bəli, biz gəlmişik buraya. Bura Ermənistan torpağıdır. Biz burada yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara bizdən başqa söz deyən yox idi. Minsk qrupu onlara bir söz demirdi.

Qanunsuz məskunlaşma tək Şuşada getmirdi, Cəbrayılda da gedirdi, Zəngilanda da gedirdi, Kəlbəcərdə də, Laçında da. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orda heç nə yox idi, hər şeyi dağıdıblar, bütün şəhər və kəndlərimizi yerlə-yeksan ediblər. Amma qalan yerlərdə - Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Düzdür, az gedirdi, çünki onların insan resursları yox idi, amma gedirdi. Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır”. Təbii ki, bütün bu vəhşiliyin, cinayətin bir sonu olmalı idi. İşğalçının qəsbkarlığını sülh yolu, danışıqlar vasitəsi ilə aradan qaldırmaq mümkün deyildi.  Xalqımızın səbr kasası daşmışdı. Buna görə də düşmən olkənin silahlı qüvvələrinin ötən il sentyabrın 27-də Azərbaycana qarşı təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra ordumuz beynəlxalq hüquqa əsaslanaraq, haqq-ədalətə güvənərək ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı yağılardan xilas etməyə başladı. Şübhəsiz ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazası, Ordu–Xalq–Prezident birliyi qısa müddətdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi. Bu gün biz qalib xalqıq, Zəfər sevincini yaşayan millətik. Zəfər parkının yaradılması da elə bu qələbəmizin tarixiləşdirilməsi qədər qiymətlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri